Uğur Şahin: “Üç doza Pfizer peyvəndi “omicron”dan qoruyur” 
09.12.2021 15:07

"Omicron" ştamından daha yaxşı qorunmaq üçün peyvəndin üçüncü dozası vurulmalıdır.

 

Aztibb.az  xarici mətbuata istinadən xəbər verir ki, bunu "BioNTech" şirkətinin baş direktoru Uğur Şahin deyib.

 

"BioNTech"in qurucuları Uğur Şahin və Özlem Türeci koronavirusa qarşı hazırladıqları peyvəndlə bağlı son vəziyyət və "omicron" ştamı ilə əlaqədar mətbuat konfransı keçirib.

 

Uğur Şahin "omicron" ştamının iki və üç doza "BioNTech" peyvəndi vurulanlara necə təsir etdiyini araşdırdıqlarını açıqlayıb.

 

Bildirib ki, araşdırmalarına görə, "Pfizer/BioNTech" peyvəndinin üçüncü dozası virusa qarşı kifayət qədər qorunma təmin edir: "Bu məlumatlar üçüncü dozanın dəyərini açıq şəkildə göstərir".

 

O, əlavə edib ki, lazım gələrsə yeni ştama qarşı peyvəndi mart ayına qədər hazır edə bilərlər: "Bu mərhələdə ediləcək ən yaxşı şey, daha yaxşı qorunma təmin etməklə bir doza da peyvənd olunmaqdır".

 

Özlem Türeci də həmçinin üç doza "BioNTech" peyvəndinin "omicron" ştamını təsirsiz hala gətirdiyini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub