Alimlər COVID-19-dan ölüm riskini beş dəfə artıran xəstəliklərin adlarını açıqlayıblar - TƏDQİQAT
08.12.2021 09:25

Britaniyanın Mançester Universitetinin alimləri müəyyən ediblər ki, şizofreniya kimi psixotik pozğunluğu olan insanların koronavirusdan ölmə ehtimalı beş dəfə, xəstəxanaya yerləşdirilmə ehtimalı isə üç dəfə çoxdur.

 

Aztibb.az xəbər verir ki, aparılan araşdırmaların nəticələrinə görə, psixotik pozğunluğu olan insanların koronavirusdan ölmə ehtimalı ağır psixi xəstəliyi olmayanlara nisbətən 4,84 dəfə çoxdur. Bipolyar pozuntusu olan insanların infeksiyadan ölmə ehtimalı 3,76 dəfə, ağır depressiv pozuntusu olan insanlar üçün isə 1,99 dəfə çox olub.

 

Tədqiqatçılar, həmçinin müəyyən ediblər ki, koronavirusu olanlar arasında psixotik və ya bipolyar pozuntusu olanlarda ən yüksək xəstəxanaya yerləşdirilməylə nəticələnən yoluxma müşahidə olunur - müvafiq olaraq 35,8 və 37,3 faiz. Ağır psixi pozuntuları olan insanlarda bu göstərici 16,6 faiz olub.

 

Eyni zamanda, xəstəxanaya yerləşdirilən koronavirusa yoluxan və psixotik pozuntusu olan insanların yarıdan çoxu - 52,6 faizi vəfat edib, ağır psixi xəstəliyi olmayanlar arasında isə bu göstərici 37,5 faizə bərabər olub.

 

Həmçinin, müəyyən olub ki, psixi xəstəlikləri olan insanlarda fiziki sağlamlıq problemləri daha çox olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub