Xüsusi Olimpiya Komitəsi inkluziv idman yarışları təşkil etdi - Sağlamlıq imkanları məhdud uşaqlar üçün
03.09.2020 18:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Azərbaycan Xüsusi Olimpiya Komitəsi əsasən sağlamlıq imkanları məhdud uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edib.

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutan yarışlarda əksəriyyəti dövlət uşaq müəssisələrindən, habelə sosial müəssisələrdən, inklüziv orta məktəblərin məzunlarından, fərqli sahələrə aid məşq prosesinə cəlb olunmuş şəxslərdən ibarət olmaqla 80-dən çox şəxs qatılıb. Qaçış növü üzrə keçirilən yarışların təşkilində məqsəd bu kateqoriyadan olan uşaqların idmana, Xüsusi Olimpiya hərəkatına marağının artırılması, onlar arasında bədən tərbiyəsi və idmanın təbliği, cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.

 

2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyan yarışların qalibləri Sosial Xidmətlər Agentliyi və Xüsusi Olimpiya Komitəsi tərəfindən mükafatlandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır