Rusiyada iki nəfərdə "omikron" ştamı qeydə alınıb
06.12.2021 15:04

Cənubi Afrika Respublikasından Rusiyaya səfər edən iki nəfərdə koronavirusun "omikron" ştamı aşkarlanıb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə Rusiyanın sanitariya-epidemiologiya qurumunun (Rospotrebnadzor) mətbuat xidmətindən bildiriblər.

 

Məlumatda qeyd olunur ki, həmin şəxslərdə koronavirus testi müsbət nəticə verdikdən sonra aparılan yoxlamalar yoluxmanın "omikron" ştamı ilə olduğunu müəyyən edib.

 

Ümumilikdə, Rusiyaya CAR-dan gələn 10 nəfərdə koronvirus testi müsbət nəticələnib. Hazırda bu yoluxmaların ştamlarının müəyyənləşdirilməsi aparılır.

 

Xatırladaq ki, bu gün, həmçinin Latviyada da "omikron" ştamının aşkar olunduğu açıqlanmışdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub