Həkim-nevropatoloq: "Mobil qurğulardan gələn mavi işıq yuxu rejimini pozan əsas səbəblərdəndir"
04.12.2021 13:05

Yuxusuzluqla hər kəs qarşılaşa bilər. Statistikaya əsasən, dünyada hər üç nəfərdən biri yuxusuzluqdan əziyyət çəkir. Yuxuya getməmək, ya da erkən oyanıb yata bilməmək kimi hallarla müşahidə olunur.

 

Yuxusuzluğun yaranma səbəbi haqqında məlumat verən Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc Salamova deyib: “Bu, həm fizioloji, həm də psixoloji səbəblə əlaqədar ola bilər. Fizioloji səbəblərə treoid, mədə-bağırsaq sistemi, ürək xəstəlikləri yuxu problemlərinə səbəb ola bilir. Bunlardan əlavə olaraq bəzən çoxlu düşünmək, narahat ayaqlar, yuxunun müxtəlif mərhələlərində meydana çıxan hadisələr də yuxu problemi yarada bilər”.

 

Mobil qurğulardan gələn qısa dalğalı mavi işıq da yuxu rejimini pozan əsas səbəblərdəndir. Həkimlər azyaşlılara yatmağa bir saat qalmış mobil telefon verməməyi, bütün elektron qurğuları söndürməyi tövsiyə edir.

 

Amma bəzən bunun əksi də baş verir. Gün ərzində tez-tez yuxusu gələnlərlə rastlaşırıq. Əsasən də soyuq qış günlərində isti yataqdan durmaq onlar üçün əsl işgəncəyə çevrilir. Günün istənilən vaxtında və istənilən vəziyyətdə yata bilirlər. Mütəxəssislər bunu günəş işığı və monoton həyat tərzi ilə əlaqələndirirlər.

 

“Melotonin deyilən hormon var və onun miqdarı işıqda azalır, qaranlıqda isə artır. Qış fəslində günün qısalması, gecələrin daha uzun olması yuxuya meyilliliyi daha da artırır. Qış aylarında hərəkətlərdə bir monotonluq yaranır. Bunların hamısı yuxululuq, motivasiya hallarının və yeni bir həyəcanın olmaması yuxuya meyil yaranmasına səbəb olur”,- həkim-nevropatoloq bildirib.

 

Havalar soyuduqca orqanizmin müqaviməti də azalır. Kifayət qədər günəş enerjisi qəbul etməyən bədənin bioloji saatı pozulur, davamlı olaraq yatmaq istəyir. Bunun həlli yolu isə hər gün bir saat günəşli havada gəzməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev