Azərbaycanlı alim COVID-19-un kliniki gedişatı ilə bağlı mühüm nəticə əldə edib
03.09.2020 15:19

Almaniyanın Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin COVID-19-la bağlı apardığı növbəti elmi tədqiqat nüfuzlu Amerika Radiologiya Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib.

 

Aztibb.az xəbər verir ki, tədqiqat noyabr ayından videoformatda keçiriləcək radiologiya üzrə konqres üçün elmi məruzə kimi qəbul edilib.

 

Bu, qeyd olunan təşkilatın azərbaycanlı alimdən qəbul etdiyi ilk elmi tədqiqatdır. Bundan əlavə, Köln Universiteti Klinikasının Radiologiya İnstitutunun COVID-19-la əlaqədar orada təqdim edəcəyi ilk elmi layihədir. 

 

Elmi tədqiqatda xəstələrdə öncədən aortada və ürəyin tac damarlarında yaranan kirəcləşmənin COVID-19-un proqnozundakı rolu sübut edilib. Bundan başqa, xüsusi metodla ölçülən damarların kirəcləşmə səviyyəsinin xəstəliyin kliniki gedişinə birbaşa təsiri elmi şəkildə təsdiqlənib.

 

Qeyd edək ki, Nuran Abdullayev virusun tədqiqi, xəstəliyin müxtəlif pasiyentlərdə proqnozu və kliniki gedişi barədə bir neçə elmi araşdırma işini tamamlayıb. Aparılan tədqiqatların nəticələri ictimaiyyətə müvafiq elmi jurnallarda dərc edildikdən sonra tam açıqlanacaq. Azərbaycanlı alimin işçi qrupu ilə birlikdə "COVID-19 diaqnostikasında Süni intellektin rolu" mövzusunda hazırladığı layihə Almaniyanın müvafiq elmi distansiyalarında yüksək qiymətləndirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır