Səhiyyə Nazirliyində ÜST-ün qiymətləndirmə missiyasının nümayəndələri ilə görüş keçirilib
03.12.2021 17:46

Bu gün AR Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirmə missiyasının nümayəndələri ilə görüş keçirilib.

 

Missiyanın məqsədi Azərbaycanda mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir. Eyni zamanda, ÜST nümayəndələri COVID-19 və ya hər hansı fövqəladə hallarla əlaqədar Fövqəladə Hallara Cavab Məlumat İdarəetmə Sistemini (ERİMS) təkmilləşdirmək və COVID-19 üçün mövcud sistemin ümumi məlumatlar axını sisteminin tərtib olunmasına dair texniki dəstək məqsədilə Azərbaycana gəliblər.

 

Qarşılıqlı anlaşma şəraitində keçən toplantıda Azərbaycanda hazırkı vəziyyət və COVID-19 infeksiyasına qarşı görülən tədbirlər müzakirə edilib.

 

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Viktor Qasımov ÜST nümayəndələri ilə Azərbaycan arasında illərdir davam edən məhsuldar işbirliyinin olduğunu bildirib, bu əməkdaşlığın gələcəkdə daha yüksək nəticələr verəcəyinə inamını ifadə edib. Nazir müavini görülən işlərə görə bütün missiya üzvlərinə minnətdarlığını bildirib.

 

Daha sonra ÜST-ün missiyasının rəhbəri Paula Vaskonselos “COVID-19 və ya hər hansı digər fövqəladə hallarla əlaqədar Fövqəladə Hallara Cavab Məlumat İdarəetmə Sistemini təkmilləşdirmək” mövzusunda təqdimatla çıxış edib. O, qeyd edib ki, Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının geniş yayılmasının qarşısını alınmaq məqsədilə koronavirus pandemiyası başlayan gündən ölkəmizlə yaxından əməkdaşlıq edir və birlikdə bir sıra layihələr həyata keçirir. “Göstərilən dəstək ictimai səhiyyə sahəsində fövqəladə halların qarşısını effektiv formada alınması, aşkarlanması və tədbirlərin gücləndirilməsi məqsədi daşıyır”, - deyə Paula Vaskonselos əlavə edib.

 

Missiyanın rəhbəri ölkəmizdə səhiyyə sahəsində müasir informasiya texnologiyalarının imkanlarından, xüsusən də Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminin (YXEMS) geniş istifadə olunmasını yüksək qiymətləndirib. O, YXEMS sisteminin Azərbaycan modelinin digər ölkələrdə də tətbiq olunmasını tövsiyə edəcəyini bildirib.

 

Qeyd edək ki, ÜST nümayəndələri və ekspertlərinin missiyası qiymətləndirmə aparılması məqsədilə ölkəmizin səhiyyə obyektlərini ziyarət edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub