Naxçıvanda səhiyyə müəssisələrinə yeni təcili tibbi yardım avtomobilləri verilib
03.12.2021 17:50

Dekabrın 1-də Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili verilib.

 

Aztibb.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

 

Səhiyyə müəssisələri üçün alınan “Mersedes” və “Fiat Ducato” markalı təcili tibbi yardım avtomobilləri ilkin tibbi müdaxilə və reanimasiya tədbirlərinin aparılması üçün lazımi avadanlıqlarla təchiz edilib. Avtomobillərin salonunda daşınan xəstənin rahatlığı və müdaxilələrin keyfiyyətlə aparılması üçün havalandırma, havaqızdırıcı, kondisioner, oksigen və işıqlandırma sistemləri quraşdırılıb.

 

Təcili tibbi yardım avtomobilləri xəstələnmə və travmalarda yerində ilk tibbi yardımın göstərilməsində və ağır hallarda tibbi müdaxilə altında xəstələrin yüksək ixtisaslaşmış səhiyyə müəssisələrinə rahat daşınmasında mühüm rol oynayacaq.

 

Yeni avtomobillərin Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə, Diaqnostika-Müalicə Mərkəzinə, Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə, rayon mərkəzi və sahə xəstəxanalarına verilməsi nəzərdə tutulub.   

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır