Reanimatoloqdan koronavirus xəstələrini müalicə edən həkimlərə XATIRLATMA 
03.12.2021 09:32

Koronavirus xəstələrinə mədəqoruyucu kimi proton pompa inqibitorları (omeprozol, pantaprozol, esomeprozol və s.) yazmağa ehtiyac yoxdur.

 

Aztibb.az xəbər verir ki, tanınmış həkim-reanimatoloq Şahin Məmmədov "Facebook"da bu barədə tövsiyələr verib.

 

Həkimin sözlərinə görə, tədqiqatlar bu preparatların virusun şiddətini artırdığını göstərib. Onların əvəzinə H2 histamin blokatorları, xüsusən famotidin (kvamatel) təyin etmək daha məqsədəuyğundur:

 

"Famotidinin COVID-19 əleyhinə təsiri kiçik tədqiqatlarda sübut edilmişdir. Bu preparatın xəstəxanada yatış müddətini, süni tənəffüsə ehtiyac günlərini azaltdığı, xəstənin halını yüngülləşdirdiyi məlum olmuşdur".

 

Həkim əlavə edib ki, ABŞ-ın prezidenti Donald Trampın müalicəsində də famotidin istifadə olunduqdan sonra bu pereparata görə genişmiqyaslı tədqiqatlara başlanılıb. Tədqiqatlardan birində sutkalıq 320 mg famotidin istifadə olunur, lakin bəzi alimlər bu dozanın yüksək olduğunu vurğulayır. Onlar əsasən, 40 mg-dan 3 dəfə verilməsinin tərəfdarıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev