Bel yırtığının əmələ gəlməməsi üçün diqqət edilməli olan məqamlar
02.12.2021 15:37
Disklərimizin zədələnib sıradan çıxmaması və bayıra doğru genişlənməməsi üçün onların yükünü azaltmağımız lazımdır.
 
Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə tövsiyələrini paylaşıb.
 
Bel yırtığının əmələ gəlməməsi və diskləri qorumaq məqsədi ilə nə etməli?
 
- Tütün məmulatlarından uzaq durun. Siqaret qan damarlarınızı və qan dövranınıza mənfi təsir göstərir. Onurğadakı disklərin sağlamığını qorumaq üçün qan dövranı çox önəmlidir.
 
- Artıq çəkiniz varsa, mütləq ondan qurtulun. Çünki onurğanız artıq yüklənməyə məruz qalır.
 
- Oturaq iş şəraitində çalışırsınızsa, erqonomik və dik şəkildə oturmağınıza fikir verin. Bel nahiyyənizə dəstək üçün yastıq və ya erqonomik kreslolardan istifadə etmək məsləhət görülür.
 
- İdmançısınız və ya işiniz idmanla əlaqəlidirsə, ağırlıq qaldırma qaydalarına əməl edin. Ani və beldən əyilərək qaldırmalar etməyin. Böyük yüklər qaldırmamağa çalışın.
 
- Bədənimizin təxminən 60%-i sudan ibarətdir. Disklərimizin içində də maye vardır. Gün ərzində bol su içmək tövsiyə olunur.
 
- Düzgün qidalanma, zülal, karbohidrat, lifli qidalar, vitamin və mineralların qəbulu onurğanın sağlamlığına müsbət təsir göstərən faktorlardır.
 
- Son olaraq, əlbəttə ki, bel ətrafındakı əzələlərin gücləndirilməsi çox önəmlidir. Hər gün 15 dəqiqə bel əzələlərini gücləndirmək üçün hərəkətlər etmək tövsiyə olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev