Böyrək daşı olanların sağlam qidalanmasına dair TÖVSİYƏLƏR
02.12.2021 12:13
Çərəz, ispanaq, və kakao istifadəsini azaltmaq lazımdır. Oksalat maddəsi, demək olar ki, hər qidanın tərkibində var. Lakin bəzi qidalarda daha çoxdur, buna görə də çərəz, çay, qəhvə, ispanaq, kakao, çiyələk kimi qidaların qəbulu zamanı diqqətli olmaq lazımdır.
 
Aztibb.az xəbər verir ki, nefroloq Barat Yusubov böyrək daşı olanların sağlam qidalanmasına dair məlumat paylaşıb. 
 
Böyrək daşları varsa, protein qəbuluna diqqət edilməlidir.
 
Heyvansal protein, kalsium və xüsusilə də pomidorda olan oksalat maddəsi böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir. Xüsusilə böyrək daşı olanlar protein qəbuluna diqqət etməlidirlər. Məsələn, bir yemək qəbulu zamanı heyvansal protein qəbul edirsinizsə (hər hansı ət və ya ət məhsulu), digər yemək qəbulu zamanı lifli qidalara üstünlük verin, əgər səhər çox miqdarda pendir yeyirsinizsə, günorta ət xörəyi yeməyin.
 
Böyrəkləri su ilə "bəsləmək" vacibdir.
 
Sidik vasitəsi ilə orta hesabda 50 maddə süzülərək orqanizmdən atılır. Kifayət qədər su içildikdə sidiyin miqdarı artır və bu da maddələr mübadiləsinə və süzülmə prosesinə yaxşı təsir edir. Beləliklə, böyrəklərdə kristallaşma azalır, mövcud olan kiçik kristallar orqanizmdən ifraz olunur. Az su içildiyində isə süzülmə miqdarı azalır və daş əmələ gəlməsinə səbəb olan kalsium, oksalat və oxşar maddələr kristallaşmağa başlayır, zaman keçdikcə daşa çevrilir. Böyrəklərinizdə daş əmələ gəlməməsi üçün gündəlik olaraq 2 litrə yaxın su qəbul etmək tövsiyə olunur. Lakin hər bir insan gündəlik su içərkən sidiyə çıxmağını nəzarətdə saxlamalıdır:
 
"Əgər siz 2 litr su içib, gündəlik o suyun bədəndən ifraz olmadığını, şişkinlik yarandığını hiss edirsinizsə, suyun miqdarını azaltmalı və həkimə müraciət etməlisiniz. Normal su qəbulu və ifrazatı zamanı sidik iysiz və rəngsiz olmalıdır".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev