Reflüks şikayətlərini azaltmaq üçün QİDALANMA TÖVSİYƏLƏRİ
01.12.2021 13:43
Reflüks sinədə yanma, ağıza acı və turş su gəlməsi, qidanın udulması zamanı çətinlik, ağrı və ya diskomfort, sinə ağrısı, öskürək, ağızdan xoşagəlməz qoxu, ürək bulanması, yuxusuzlu və s. kimi şikayətlərə səbəb olaraq həyat keyfiyyətinə mənfi təsir edən bir xəstəlikdir. Mədə və bəzi hallarda mədəaltı vəz şirəsi və öd qarışığından ibarət onikibarmaq bağırsaq möhtəviyyatının qida borusuna geriyə atılması nəticəsində yaranır.
Aztibb.az xəbər verir ki, ümumi cərrah Rəşad Əkbərlinin sözlərinə görə, həyat tərzi dəyişiklikləri və sağlam qidalanma cəmiyyətdə kifayət qədər yayılmış olan reflüks xəstəliyinin müalicəsində mühüm rol oynayır. Reflüks xəstələri əvvəlcə həyat keyfiyyətini artıran və şikayətləri azaldan sadə tədbirlər görməlidirlər. Yatağın başını qaldırmaq, sıx və dar paltarlardan çəkinmək, çəkiyə nəzarət etmək, yeməkdən dərhal sonra uzanmamaq və yuxu ilə yemək arasında ən az 3 saat olması, yağlı və ağır yeməklərdən imtina edilməsi tövsiyə olunan sadə tədbirlərdəndir.
Reflüks şikayətlərini azaldan qidalanma tövsiyələri:
- Yemək zamanı içki məhdudlaşdırılmalıdır.
- Yatmadan ən azı 2-3 saat əvvəl sudan başqa heç bir qida və içki qəbul edilməməlidir.
- Yeməklər hiss-hissə, səhərdən axşama qədər azaldılmalıdır.
- Yemək tam udulmamalı, ağzında hərtərəfli çeynənməlidir.
- Reflüks xəstələri saqqız çeynəməməlidirlər. Çünki saqqız udulan havanın miqdarını artırır və bu da qazla birlikdə reflüks şikayətlərinə səbəb ola bilər.
- Xüsusilə ədviyyatlı qidalar, qızardılmış qidalar, yağlı qidalar, şokolad, qazlı
içkilər, pomidor suyu, qəhvə və çay məhdudlaşdırılmalıdır.
- Limon, portağal, naringi və qreypfrut kimi meyvələr, hazır və ya təzə sıxılmış şirələr içilməməlidir.
- Alkoqoldan istifadə edilməməli və ya ən azı məhdudlaşdırılmalıdır.
- Siqaret istifadə edilməməlidir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

