Yeni ştam ölkəmiz üçün təhlükəlidirmi?  - Kardioloq Tamilla Əliyeva 
30.11.2021 16:34
Son günlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantının narahatlıq doğurduğunu bildirib. Yeni ştam yunan hərfi olan “omikron” adını alıb. Bu günlərdə həmçinin, Böyük Britaniyada da 2 nəfərin omikron ştamına yoluxduğu təsdiqlənib. Ölkənin səhiyyə naziri bildirib ki, yoluxan xəstələr dərhal izolyasiya olunub. Yeni ştamın aşkarlandığı ərazilərdə təxirəsalınmaz tədbirlər görülüb.
 
Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva “Koronavirusun yeni ştamı – omikron. Ölkəmiz üçün bu təhlükə realdırmı?” sualını cavablandırarkən belə deyib.
 
O, söyləyib ki, ABŞ noyabrın 29-dan etibarən koronavirusun yeni aşkar edilmiş omikron ştamı ilə bağlı Afrikanın 8 ölkəsindən gələn vətəndaşlara ölkəyə girişi məhdudlaşdırıb. CNN-in yaydığı məlumata görə, həmin məhdudiyyətlər Cənubi Afrikadan başqa Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə də şamil edilir. Avropa Birliyi və bir çox başqa ölkələr bəzi Afrika dövlətlərindən səyahət qadağaları tətbiq edib.
 
Qonşu Rusiyada da artıq koronavirusun yeni omikron ştamı ilə yoluxmuş xəstələr aşkarlanıb. Mütəxəssislərin verdikləri məlumata görə, xəstəliyin yayılmasının mənbəyi Misirə səfər etmiş vətəndaşlardır. ÜST omikron ştamının koronavirusun digər növlərindən daha yoluxucu olması ilə bağlı hələlik heç bir məlumata malik deyil. Cənubi Afrika Respublikasının Səhiyyə Assosiasiyasının sədri A.Ketzinin dediyinə görə, omikron ştamına yoluxmuş xəstələrdə iybilmə və dadbilmə itməsə də, xəstəlik kəskin yorğunluq, əzələ ağrıları və ürək döyüntülərinin sürətlənməsi ilə müşayiət olunur.
 
Həkimin sözlərinə görə, omikron ştamının çoxlu mutasiyaları var və o delta ştamından daha təhlükəlidir. Bununla belə, bu yeni ştamın təhlükəsi barədə çox danışmaq olmur, belə ki, onun xüsusiyyətləri hələ tam öyrənilməmişdir. ÜST-dən bildirilib ki, bir çox ölkələrdə Afrikadan gələn vətəndaşların test olunması və 14 gün karantində saxlanılması təmin olunmalıdır. Azərbaycanda koronavirus xəstələrinin heç birində omikron ştamı aşkar edilməyib.
 
"Bir həkim kimi yenə də “qızıl qaydalar”a riayət olunmasını məsləhət görürəm: yeni ştamdan qorunmaq üçün peyvəndlənmə prosesi davam etməli, tibbi maskadan istifadə edilməli, gigiyenik qaydalara: əllərin yuyulması və ya spirtlənməsi, sosial məsafənin saxlanması, insanların sıx yığışdığı yerlərə gedilməməsi, xəstəliyə yoluxduqda dərhal təcrid olunma və s. qaydalara ciddi riayət olunmalıdır", - deyə həkim tövsiyələrini verib.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev