Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən “Avropa İİV-ə testləşmə həftəsi” keçirilir      
30.11.2021 11:56

Noyabrın 22-dən insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq, əhalinin sağlam həyat tərzi barədə məlumatlandırmaq məqsədilə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2021”ə start verib.

 

Aztibb.az xəbər verir ki, bu günədək RQMM Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Sumqayıt “ASAN xidmət” mərkəzində, Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecində, Şəki Tibb Kollecində, Lənkəran Şəhər Peşə Texniki Liseyində maarifləndirmə aksiyaları keçirib, müayinələr aparılıb. Universitetlərdə və kollecdə tələbələrə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə bağlı mühazirələr oxunulub, xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Tələbələri maraqlandıran suallara cavablar verilib, pulsuz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.

 

Eyni zamanda, təhsil ocaqlarında münasib yerdə quraşdırılan informasiya guşəsində yüzlərlə vətəndaş həkimlərin təcrübəsindən yararlanıb. Onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanır, xəbərdaredici məlumatlar verilib. Təbirlər yeni növ koronavirus (COVID-19) pandemiyasının tələblərinə uyğun (sosial məsafəni qorumaq və tibbi maskadan istifadə) şəkildə təşkil olunub.

 

Qeyd edək, ki maarifləndirmə tədbirləri 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə günündən sonra da, Bakı və Sumayıt şəhərlərində, bölgələrdə insanların daha çox olduğu ünvanlarda davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub