“Stomatologiyada müasir innovasiyalar II” beynəlxalq konfransı keçirilib - Naxçıvan Dövlət Universiteti
29.11.2021 12:38

Naxçıvan Dövlət Universitetində “Stomatologiyada müasir innovasiyalar II” beynəlxalq konfransı keçirilib. Konfransdan öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, plenar iclasda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov çıxışında innovasiyaların müasir elmə, xüsusən də səhiyyə sahəsinə gətirdiyi yeniliklərdən danışıb.

 

Universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, universitetdə 2012-2013-cü ildən tədrisi aparılan Stomatologiya ixtisasında 303 tələbə təhsil alır. Bunlardan 201-i xarici ölkə vətəndaşıdır. Fakültənin əsas binasında yaradılan müasirtipli “Stomatoloji simulyasiya kabinəsi” 13 ədəd diş simulyatoru-fantom ilə təchiz olunub. Tədrisin yüksək səviyyədə təşkili, nəzəri bilikləri təcrübə yolu ilə möhkəmlətmək məqsədilə əsas praktik dərslər bu kabinədə keçilir. Fakültədəki diş texniki kabinəsində tələbələr müxtəlif diş maketləri, protezlər üzərində işlər aparmaq imkanı əldə edirlər.

 

Rektor vurğulayıb ki, universitet xəstəxanasında hazırda pediatrik, terapevtik, 2 ədəd ortopedik, implantoloji olmaqla, 6 stomatoloji kabinə fəaliyyət göstərir. O, tələbələrin qardaş ölkənin müxtəlif universitetlərində təcrübələrini davam etdirdiklərini bildirib. Vurğulanıb ki, stomatoloq həkimlər və tələbələr mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq miqyaslı konfranslarda, simpoziumlarda, beynəlxalq layihələrdə iştirak edirlər. Rektor rezident və tələbələrin təcrübələrinin möhkəmlənməsində konfransın əhəmiyyətini diqqətə çatdırıb.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri Elşən Yolçuyev stomatologiyanın inkişafında Azərbaycan İmplantoloq İctimai Birliyinin xüsusi rolu olduğunu vurğulayıb. Qeyd edib ki, ictimai birliyin təşkilatçılığı ilə mütəmadi olaraq seminar və elmi-praktik konfranslar keçirilir. Bu isə tələbələrin gələcək fəaliyyətlərində peşəkar həkim kimi formalaşmasında mühüm rol oynayır.

 

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ictimai birliyin bu sahədəki fəaliyyəti yüksək qiymətləndirilib və Naxçıvan Muxtar Respublikasında həkim-stomatoloqların hazırlanması sahəsində fəaliyyətlərinə görə Azərbaycan İmplantoloq İctimai Birliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilir. Fəxri fərman birliyin sədri Cabbar Həsənova təqdim olunub.

 

Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov Ali Məclis Sədrinin qayğısı ilə muxtar respublika stomatologiyasına verilən töhfələrdən söz açıb. Cabbar Həsənov həm öz adından, həm də İmplantoloq İctimai Birliyi adından göstərilən qayğıya görə minnətdarlığını ifadə edib və belə görüşlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

 

Stomatologiyada innovasiyalar konfransının 2004-cü ildən bəri keçirildiyini diqqətə çatdıran Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, hətta pandemiya dövrünün ağır şərtləri daxilində konfrans onlayn olaraq həyata keçirilib. Nazir qeyd edib ki, muxtar respublikada stomatoloqların yetişməsində Cabbar Həsənovun xüsusi əməyi var. Bu cür görüşlərin, tədbirlərin nəticəsidir ki, muxtar respublikada stomatologiya müasir inkişaf mərhələsinə çatıb.

 

Sonra universitetin tanıtım videoçarxı nümayiş olunub.

 

Azərbaycan İmplantoloqlar Birliyi üzvlərinin iştirak etdiyi konfransda 13 stomatoloqun çıxışı dinlənilib, Rusiya və Türkiyədən onlayn qoşulan həkimlərin təqdimatları keçirilib.

 

Qeyd edək ki, İncəsənət fakültəsinin sərgi salonunda konfransın baş sponsoru “Caspident” şirkətinin məhsulları nümayiş olunub. 1995-ci ildən fəaliyyət göstərən “Caspident MMC” stomatoloji avadanlıq, məhsul və alətlərin satışını həyata keçirir. “Caspident” “Caspident Academy” adı altında yerli və xarici konfrans,seminar və kursların təşkilini həyata keçirərək, stomatoloji sahədə yeniliklərin stomatoloqlara daha əlçatan olması üçün daim təşəbbüs göstərir.

 

Sərgidə, həmçinin 2008-ci ildən etibarən fəaliyyətə başlayan “Odontos” şirkətinin məhsulları da sərgilənib. Amerika, Avropa və Asiya istehsalı olan məhsul və avadanlıqlara malik “Odontos” 55-dən çox xarici şirkətin Azərbaycandakı rəsmi distribütorudur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır