Azərbaycanda 27 mindən artıq şəkərli diabet xəstəsi var
03.09.2020 11:48

Ötən il Azərbaycanda ilk dəfə qoyulan diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı 27 min 157 nəfərdir. Onlardan 25 min 892 nəfəri insulindən asılı olmayan, 1265 nəfəri insulindən asılı olanlardır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsində məlumat verilir.

 

Statistik rəqəmlər ötən il ölkəmizdə şəkərli diabet xəstələrinin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, 2018-ci ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan diabet xəstələrin sayı 24 min 774 nəfər olub.

 

Rəsmi nəşrdə o da bildirilir ki, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan diabet xəstələrinin sayı 272 min 842 nəfər olub. Onlardan 242 min 102 nəfəri insulindən asılı olmayan, 30 min 740 nəfəri isə insulindən asılı xəstələr olub. 2018-ci ildə isə qeydiyyatda olan diabet xəstələrinin sayı 255 min 470 nəfər təşkil edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır