Azərbaycan Tibb Universitetində aralıq imtahanları davam edir
29.11.2021 11:52
Oktyabrın 29-dan etibarən Azərbaycan Tibb Universitetinin (ATU) I-IV kurslarında təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi üçün aralıq imtahanlara start verilib.
ATU-nun İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova aralıq qiymətləndirmənin (“midtearm”) cədvələ uyğun aparıldığını bildirib. O, qiymətləndirmənin şərtləri ilə bağlı məlumat verərək deyib ki, tələbələrin imtahana qədər toplayacağı 50 balın 20-si aralıq imtahanının payına düşür. Əgər tələbə qiymətləndirmədə iştirak etməzsə, bu, onun üçün kəsir hesab olunmur. Sadəcə tələbə 50 baldan 20-sini avtomatik itirmiş olur və 30 balı qalır. Ona görə də, ballarının yüksək olması üçün hər bir tələbə aralıq qiymətləndirmədə iştirak edir.
Ü.Cəfərova tədris olunan hər fənn üzrə qiymətləndirmənin aparıldığını, 30 dəqiqəyə 20 sual düşdüyünü bildirib. Qeyd edib ki, suallardan 15-i qapalı, 5-i isə açıq suallardır. Əsas meyar tələbələrin keçdikləri fənləri keyfiyyətli şəkildə mənimsəməsidir: "Bu vaxtadək tələbələrin 60 faizə yaxını imtahanda iştirak edib. Bəzi fənlərdən nəticələr elə də yüksək olmayıb. Məsələn, Anatomiya fənnindən tələbələr 5-7 bal toplaya bilib. Ən yüksək nəticə 11 bal olub. Deyərdim ki, bu üsulun tətbiqi şişirtmə qiymətlərin qarşısının alınmasında effektiv olacaq".
İmtahan Mərkəzinin müdiri mövcud problemlərdən də danışıb. Onun sözlərinə görə, pandemiyaya görə bəzi qruplar bağlandığından, imtahanda tələbələrin hamısı iştirak edə bilmir. Bu səbəbdən, dekabrın ortasınadək bitməsi nəzərdə tutulan qiymətləndirmənin müddəti uzadıla bilər.
Bu bölməyə aid digər xəbərlər
Dr. Məhərrəm Müzəffərov anesteziologiya, intensiv terapiya, kardioanesteziya və kritik vəziyyətlərin idarə olunması sahələrində fəaliyyət göstərir
24.10.2026 | 12:40
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
24.10.2026 | 12:21
Kimya İnstitutunun alimləri korroziya problemlərinin həlli istiqamətində tədqiqatlarını təqdim ediblər
22.10.2026 | 11:32
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
Azərbaycan alimləri Özbəkistanda ölkəmizi elmini uğurla təmsil ediblər
14.10.2026 | 17:24
Tibb dünyasının məşhur “Guyton”- u Azərbaycan dilində
13.10.2026 | 12:58
Şəkidə yaşlı və əlilliyi olan pasiyentlər evlərində ziyarət edilib
10.10.2026 | 12:08
Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar təşkil olunub
02.10.2026 | 09:38
Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
29.09.2026 | 12:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38

