Hamilə qadınların kütləvi yerlərdə olması onlar üçün yüksək riskdir
26.11.2021 15:33

Koronavirus üçün risk qrupundan olanlardan biri hamilə qadınlardır.

 

Aztibb.az-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti”ndə deyib.

 

O, qeyd edib ki, hamilə qadınların kütləvi yerlərdə olması, yığıncaqlarda, toy mərasimlərində iştirakı doğru deyil, bu, yüksək riskdir.

 

"Koronavirus əlaməti hiss edən kimi hamilələr dərhal test verməlidir. Cavab pozitiv olarsa, Bakıda yaşayanlar təcili tibbi yardıma xəbər verməlidir. Rayonlarda yaşayanlar isə qadın məsləhətxanasına müraciət etməlidir. Hamilə qadın koronavirusa yoluxubsa, dərhal xəstəliyin hansı səviyyədə olması, onun vəziyyəti qiymətləndirilir. Bundan sonra müalicə başlayır. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq xəstəxanaya yerləşdirilə bilər", - deyə o, bildirib.

 

T.Həsənova həmçinin qeyd edib ki, xəstəliyə yoluxanan anaların uşağa süd verməsi tövsiyə olunmur.

 

“Çünki ana ilə uşaq arasında yaxın təmas olur. Ana koronavirusa yoluxmadığı halda süd verərkən maska taxması lazımdır. Yoluxduqdan sonra isə maska ilə belə süd verməsi məsləhət deyil”, - deyə həkim vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev