Diyetoloq: Tünd şokolad artıq çəkidən qurtulmağa kömək edir  
25.11.2021 17:48

Britaniya diyetoloqu Maykl Moslinin sözlərinə görə, desert kimi tünd şokolada üstünlük verilərsə, bu, arıqlamağa kömək edə bilər.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, diyetoloq müsahibəsində arıqlamaq məqsədilə tünd şokoladdan istifadə üsullarından danışıb. M.Mosli qeyd edib ki, tez-tez arıqlamağa çalışan insanlar şirniyyat qarşısında aciz qalırlar. Həkim ev şəraitində bu problemin öhdəsindən gəlməyə dair məsləhətlər verib.

 

Ekspert bildirib ki, zərərli məhsullar əlçatan olmamalıdır. M.Mosli evdə heç bir şirniyyat və deserti saxlamamağı tövsiyə edib. Bunların əvəzinə tünd şokolada üstünlük vermək daha faydalıdır.

 

"Evdə tərkibində ən azı 75 faiz kakao olan tünd şokolad saxlamağı məsləhət görürəm. Daha yağlı və zərərli desertlərin əvəzinə kiçik porsiyalarda tünd şokolad yeyin ", - deyə ekspert vurğulayıb.

 

Diyetoloq əlavə edib ki, tünd şokolad çox yeməməyə kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev