Ürək-damar cərrahı: "İnfarktın erkən müalicəsi ürəyin zədələnmə dərəcəsini azaldır"
24.11.2021 14:46
İnfarktın erkən diaqnozu və müalicəsi ürəyin zədələnmə dərəcəsini azaldır.
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb.
Həkim qeyd edib ki, infarkt diaqnozu qoyulmazdan əvvəl, yalnız şübhə olduqda belə müxtəlif müalicə üsulları tətbiq edilir.
-Trombolitik terapiya
Damarda əmələ gələn laxtanı həll etmək üçün damar vasitəsilə antikoaqulyant dərmanların yeridilməsi üsuludur. Bu dərman müalicəsi infarktdan sonra ilk 6 saat ərzində təsirli olur və diaqnoz qoyulan kimi aparılmalıdır.
- Perkutan koronar müdaxilələr
Tıxanmış və ya daralmış damarları açmaq üçün qeyri-cərrahi üsuldur.
İnfarktdan sonra həkim davamlı olaraq aşağıdakı dərmanlardan birini və ya bir neçəsini istifadə etməyi tövsiyə edə bilər.
- ACE inhibitorları
ACE inhibitorları qan təzyiqini aşağı salan və ürək əzələsinə təzyiqi azaldan dərmanlardır.
- Qan durulaşdırıcılar
Stentdən sonra ən azı 1 il istifadə edilməlidir.
- Beta blokerlər
Beta blokerlər ürəyin iş yükünü azaldır, infarktın qarşısını almaq üçün istifadə olunur. Ritm pozğunluğunun müalicəsində də istifadə edilir.
- Xolesterolu azaldan dərmanlar (statinlər)
Xolesterinin səviyyəsini aşağı salmaqla yeni infarkt və ya insultun qarşısını almaq mümkündür.
- Koronar arter bypass əməliyyatı infarktın müalicəsi üçün də tətbiq edilə bilər.
Dərmanlar həkimin tövsiyə etdiyi kimi istifadə edilməli və həkim göstəriş vermədiyi təqdirdə müalicə dayandırılmamalıdır.
İnfarktın ilk saatlarında olunan doğru müdaxilə ürək əzələsinin zədələnməsinin qarşısını alır. Müalicənin ilk 60 dəqiqəsi “qızıl saat” adlanır.
Həyat tərzi dəyişikliyi ən azı dərmanlar və stentləmə proseduru qədər əhəmiyyətlidir.
İnfarktdan sonra qulluq və müalicə çox vacibdir. İkinci infarkt hər zaman daha böyük risk daşıyır. Bu səbəbdən xəstə evə buraxılmazdan əvvəl ətraflı risk qiymətləndirilməsi aparılır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

