Dializin xəstələrin iş həyatına təsiri
24.11.2021 10:04
Pasiyentlərin 80%-i böyrək çatışmazlığı diaqnozu ilə dializ müalicəsinə başladıqdan sonra xəstəlikdən öncəki işlərinə qayıda bilmirlər. Bu xəstələrin dializdən əvvəl sahib olduqları işlərinə qayıda bilmələri böyük ölçüdə sosial və ekonomik şərtlərlə bağlıdır.
 
Aztibb.az xəbər verir ki, bu barədə nefroloq Barat Yusubov məlumat verib. 
 
"Dializ xəstəsi olan bir universitet professorunun və ya bir iş adamının işinə qayıtması ixtisaslı işçiyə görə daha asandır. Daha çox qadınların, xüsusilə də ev işlərinə qayıdacaq evli xanımların vəziyyəti bu baxımdan kişilərlə müqayisədə daha yaxşıdır. Dializ alan kişilər işlərinə qayıda bilmədikdə, psixoloji baxımdan bunu çox ağır qəbul edirlər. Şəxsin əvvəlki işindən olan məmnuniyyəti də çox vacibdir. İşindən razı olmayan şəxslər dializə başladıqları vaxtdan işlərindən çıxırlar", - deyə həkim bildirib. 
 
B.Yusubovun sözlərinə görə, işini sevən mütəxəssis kişi, öz işindən uzaqlaşdığı üçün depressiya ilə də qarşılaşa bilər. Dializ xəstələri, aldıqları müalicədən dolayı işlərindən ayrıla bilər və ya yarım iş günü rejimində işlərinə davam edə bilərlər: "Hər iki halda pasiyentin həm ruh, həm də fiziki sağlamlığı üçün o, həkimi ilə məsləhətləşib gündəlik fiziki aktiv olmalı, xüsusi idman məşqləri etməlidir". 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub