Fizioterapevt: "MRT nəticələrini yox, xəstəni müalicə etmək lazımdır”
23.11.2021 16:37

Radioloji müayinələr aldadıcı ola bilər. Önəmli olan radioloji nəticələrlə xəstənin kliniki şəklinin qarşılaşdırılmasıdır. Bu, çox önəmli nüansdır.

 

Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat paylaşıb.

 

Həkimin sözlərinə görə, əməliyyata ehtiyac varsa, etdirmək lazımdır. Lakin digər müalicə üsulları ilə problemi aradan qaldırmaq mümkündürsə, əməliyyata nə ehtiyac yoxdur.

 
Bu səbəbdən əməliyyat seçimini etmədən öncə sinirlər, əzələlər, bağlar, vətərlər, oynaqlar və s. problemlər üçün fizioterapevtə müraciət etmək lazımdır:
 
"Nəzərəçarpan, qabarıq simptomlar yoxdur və ya konservativ müalicə ilə müsbət nəticə əldə olunursa, MRT nəticələrinə istinad edib əməliyyat olunmaq lazım deyil".
 
Həkim əlavə edib ki, radioloji müayinələrin nəticəsi əhəmiyyətli dəyişikliklərin mövcudluğunun göstəricisi olsa belə, öncə konservativ və fizioterapevtik müalicə üsullarına müraciət etmək məqsədəuyğundur. Çünki hətta ən mürəkkəb mexaniki problemlərin belə həyat tərzini dəyişməklə və konservativ-fizioterapevtik üsullarla qarşısını almaq olar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev