İnfeksion xəstəliklərə qarşı müqaviməti artıran - Arı südü
23.11.2021 17:39

Arı südü çox xeyirli, nadir tapılan və bahalı məhsuldur, onu cavanlıq eliksiri hesab edirlər. Arı məhsulları arasında ən yüksək qida dəyərinə malik olan arı südünün çox mürəkkəb tərkibi var. Ondan tibb və kosmetika sahələrində, bioloji cəhətdən aktiv əlavələrdə geniş istifadə olunur.

 

Belə ki, arı südü 5-10 günlük cavan işçi arıların istehsal etdiyi, spesifik iy və dada malik qatı, qaymağabənzər ağtəhər-şəffaf rəngli, havada qaldıqda sarı və sonra tutqun qəhvəyi rəng alan maddədir. Arı südü ana arının yumurtadan daha qısa müddətdə, digər arıların ikiqatı böyüklüyündə çıxmasına səbəb olur. İşçi arılar isti günlərdə yalnız 45 gün, qışda 6 ay yaşadığı halda, ana arılar arı südünün köməyi ilə 5-6 il yaşayır.

 

Ana təbiətin bütün digər nemətləri arasında arı südü müalicəvi xüsusiyyətlərinə görə misilsizdir. Əvvəla, onun qəbulu bədənin bütün hüceyrələrinin yenilənməsi və cavanlaşması proseslərini aktivləşdirir və sürətləndirir. İkincisi, minimum yan təsirləri və əks göstəriciləri olan antiseptik, antivirus və antibakterial xüsusiyyətlərə malikdir.

 

Arı südü qəbulu infeksion xəstəliklərə qarşı müqaviməti artırır, mikrobları məhv etdiyi kimi, onların əmələ gəlməsinə də mane olur. Arının bu qiymətli məhsulu həm də immun sistemini gücləndirir, orqanizmi ehtiyac duyduğu vitamin, turşu və mikroelementlərlə təmin edir, vitamin çatışmazlığı ilə yaxşı mübarizə aparır, uşaqların zehni və fiziki inkişafına kömək edir, yaddaşı və yuxunu yaxşılaşdırır.

 

Otaq temperaturunda, gün işığı düşən yerdə saf arı südünün 10-15 dəqiqə ərzində rəngi saralır, qəhvəyiləşir və dadı dəyişir. Ona görə də onun ağzı hermetik bağlanmış qabda, qaranlıq və soyuq yerdə saxlamaq lazımdır. Arı südü şüşə qablarda soyuducuda saxlanılır. Soyuducudan çıxarıb daşındıqda arı südünün keyfiyyətinin itməməsi üçün ətrafına buz qoymaq olar. Arı südünün son istifadə tarixi məhsulun yığıldığı tarixdən soyuducuda 6 ay, dondurucuda isə mənfi 18 dərəcə C temperaturda 18 aya qədər hesab olunur.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində