Güclü afrodiziak kimi tanınır - Yemiş tumlarının faydası
23.11.2021 11:47

Yemişin tumları xalq təbabətində müalicəvi vasitə kimi çox geniş istifadə olunur.

 

- Yemiş tumları qədim zamanlardan güclü afrodiziak kimi tanınır. Afrodiziak cinsi aktivliyi və həvəsi stimullaşdıran və artıran maddədir. Məhz bu səbəbdən yemiş tumları kişilərdə potensiyanın zəifələməsi, prostat vəzi xəstəlikəri zamanı istifadə olunur.

 

Bu məqsədlə yemişin tumlarını qurutmaq, üyütmək (qabıqları təmizləmək lazım deyil) və gün ərzində 1 çay qaşığı olmaqla yeməkdən 1 saat sonra qəbul etmək lazımdır. Yemişin tumları sinklə zəngindir. Sink kişi cinsiyyət sisteminin normal fəaliyyəti üçün əvəzolunmaz mineral hesab olunur.

 

- Yemiş tumları öskürək (hətta xroniki öskürək), bronxit zamanı da çox yaxşı müalicəvi təsir göstərir, bəlğəmi çıxardır, iltihabəleyhinə təsir edir. Öskürəklə mübarizə etmək üçün yemiş tumlarından "süd" hazırlamaq lazımdır. Yemişin tumlarını qurudub, qəhvə üyüdən maşında üyütmək və 1 xörək qaşığı götürüb 1 stəkan ilıq suda həll etmək lazımdır. Alınmış "süd" gün ərzində 3 dəfə olmaqla yeməkdən əvvəl qəbul olunmalıdır.

 

- Bu "süd" həmçinin dəriyə çox gözəl cavanlaşdırıcı təsir edir - kiçik qırışları açır, dərinin rəngini yaxşılaşdırır, dərini daha yumşaq və elastik edir. "Süd"də pambıq parçanı isladın və təmiz üz və boyun dərisinə qoyub 20 dəqiqə saxlayın. Bu sadə proseduru həftədə 2-3 dəfə etmək olar.

 

- Yemiş tumları bağırsaqları və qara ciyəri yaxşı təmizləyir. Bunun üçün yemişin tumlarını quruduruq, üyüdürük və alınan "un"u gün ərzində 3 dəfə olmaqla yeməkdən 1 saat sonra qəbul edirik.

 

- Yemişin tumları sidikqovucu təsirə malikdir, sidik yollarını təmizləyir.

 

- Öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, durğunluğu aradan qaldırır.

 

- Yemişin tumları qurdqovucu təsirə malikdir. Bu, uşaqlar üçün xüsusilə aktualdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev