Uşaqları körpə vaxtından soyuq havaya öyrəşdirmək lazımdır
22.11.2021 17:49

Soyuq aylarda azyaşlılar böyüklərlə müqayisədə virus və infeksion xəstəliklərə daha tez yoluxurlar. Bunun başlıca səbəbi vitamin çatışmazlığı və immunitetin zəif olmasıdır. Həkimlərin dediyinə görə, uşaqların immun sisteminin möhkəmlənməsi üçün onları erkən yaşlarından soyuq hava şəraitinə öyrəşdirmək lazımdır. Həmçinin azyaşlıların həddindən artıq qalın geyindirilməsi məsləhət deyil.

 

Həkim-pediatr Günay Rəsulova deyib: “Uşağın soyuq havaya öyrəşdirilməsi onların immun sistemini möhkəmləndirməkdə çox mühüm rol oynayır. Təəssüf ki, bəzi valideynlər uşaqları həddindən artıq istiyə öyrəşdirməyə meyillidir. Bunun ziyanı odur ki, havalar soyuyanda, uşaq isti şəraitdən soyuq şəraitə keçəndə onun həmin şəraitə uyğunlaşmağı zəif olur və həmin soyuq uşaq orqanizmi üçün bir stres faktoruna çevrilir. Bunun baş verməməsi üçün uşaq lap körpəlikdən yavaş-yavaş, tədricən həmin şəraitə öyrəşdirilməlidir”.

 

Onun sözlərinə görə, uşağın qaldığı otağın temperaturu maksimum 20-24 dərəcə olmalıdır. Həmçinin körpəni hər gün açıq havada ən azı bir saat gəzdirmək lazımdır: “Həmin temperaturda, deyək ki, 30-32 dərəcə isti temperatura uyğunlaşan uşaq xarici mühitə çıxanda tez xəstələnir. Bundan başqa uşağın soyuğa uyğunlaşdırılması və həmin mikroblarla təmas zamanı xəstələnməməsi üçün otağın temperaturunu normadan aşağı salmaq lazımdır. Lakin əksər ailələrdə valideynlər bunun əksini edərək otağı normadan isti saxlayırlar. Bu zaman otaqda yüksək temperatur nəticəsində uşağın nəfəs yollarında istidən quruma və qıcıqlanma baş verir, daha sonra isə öskürmə və burun tıxanması yaranır”.

 

Hətta körpənin hərarəti yüksələndə belə onu havaya çıxarmaq lazımdır. Bununla yanaşı, yeni doğulan uşaqları hər gün ilıq su ilə çimizdirmək tövsiyə olunur. 2 yaşdan sonra isə balacaları soyuq qidalara öyrəşdirmək məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev