İti görməni təmin etmək üçün nə etməli?: gözlərin sağlamlığı üçün 6 ƏN YAXŞI MƏHSUL
22.11.2021 16:09

Pəhrizlər iti görməni saxlamağa və görmə qabiliyyətinin zəifləməsinə səbəb olan ciddi xəstəliklərin inkişafı riskini azaltmağa kömək edə bilər.


"Fight For Sight" təşkilatının məlumatına görə, 78 faiz insan bildirib ki, onların itirməkdən ən çox qorxduğu görmədir. Görməni qorumaq üçün, siz mütəmadi olaraq görməni yoxlatdırmalı, siqaret çəkməyi dayandırmalı və sağlam pəhrizə riayət etməlisiniz.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, rasiona bu altı məhsulu əlavə etməklə gözlərinizin sağlamlığını yaxşılaşdıra bilərsiniz.

 

1 - Balıq

Balıq Omeqa-3 yağ turşuları ilə zəngindir. O, torlu qişanın sağlamlığını qorumağa və görməni yaxşılaşdırmağa kömək edə bilər.

Bəzi tədqiqatlar göstərib ki, balığın müntəzəm porsiyalı pəhrizi sarı ləkə degenerasiyası və ya qlaukoma kimi vəziyyətlərin qarşısını ala bilər.

 

2 - Yumurta

 

Yumurta sarısı yaxşı görməni dəstəkləmək üçün vitaminlərlə zəngindir. Yumurta sarısı gözlər üçün faydalı aşağıdakı qidalı maddələri özündə ehtiva edir:

Vitamin A
Lütein
Zeaksantin
Sink

 

3 - Kök


Kök gözlərin sağlamlığını qoruyub saxlamağa kömək edir. Onun tərkibində çox miqdarda A vitamini və beta-karotin mövcuddur.


4 - Badam

Badamda olan çox miqdarda E vitamini görməni yaxşılaşdıra və katarakta riskini azalda bilər.

 

5 - Kale

Bu kələm növü lütein və zeaksantin daxil olmaqla, bir çox antioksidantlarla zəngindir, gözlərin katarakta və sarı ləkənin degenerasiyası kimi ciddi xəstəliklərinin inkişafının riskini azaltmağa kömək edə bilər.

 

6 - Portağal 

Vitamin C-nin funksiyalarından biri gözlərdəki qan damarların sağlamlığını dəstəkləməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev