Həkim-nevropatoloqdan koronavirusla bağlı TÖVSİYƏLƏR
22.11.2021 12:14
Məlum olduğu kimi, koronavirus son zamanlar dünya gündəmində böyük yer tutan virus növüdür. Koronavirusun fizioloji problemlər yaratdığı deyilsə də, günü-gündən artması ilə insanlarda psixoloji reaksiyalar yaranır. Bu virus səbəbiylə ağla ən çox bu suallar gəlir: “Koronavirusa yoluxacammı?”, “Yoluxmamaq üçün nə etməliyəm?”, “Yoluxsam, sağala bilərəmmi?”.
 
Aztibb.az xəbər verir ki, bu sözləri 20 nömrəli uşaq poliklinikasının həkim-nevropatoloqu Humay Sədrəddinova deyib.
 
Koronavirusa qarşı nə etməliyik?
 
Həkim bildirib ki, əvvəlcə panika ilə hərəkət etməməliyik, əksinə, sakit və şüurlu şəkildə xəstəliyə qarşı tədbir görməliyik. Gündəlik gigiyenaya diqqət etməli, gün ərzində əllərimizi tez-tez yumalıyıq:
 
"İnsanların sıx olduğu mühitlərdə yaxın təmasdan qaçmalı və epidemiya riski yox olana qədər salamlaşarkən əl sıxmamağa diqqət etməliyik.
Əgər övladınız varsa, virus ilə bağlı onu maarifləndirməlisiniz.
 
Xəstəliklə bağlı insanların sosial şəbəkələrdə yazılan şərhlərinə aldanmamalı, mövzu ilə bağlı ekspertlərin açıqlamalarını nəzərə almalıyıq. Əks halda sosial mediada yayılan saxta xəbərlərə görə narahatlığın səviyyəsi artacaq. Eyni şəkildə, xəstəlik haqqında mənfi söhbətlər narahatlıqlara səbəb ola bilər.
 
Əgər düşdüyünüz vəziyyətin psixoloji təsirlərini aşa bilməyəcəyinizi düşünürsünüzsə, bir mütəxəssisdən psixoloji dəstək almağa laqeyd yanaşmayın".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev