Ürək pərdəsində maye toplanması necə baş verir?
22.11.2021 11:39
Normal halda ürəyin ətrafını çevrələyən perikard adlanan kisədə 50 ml-yə qədər maye olur ki, bu maye ürəyin kisə içərisində normal hərəkətini təmin edir.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, bu maye səviyyəsinin patoloji artması perikardial effuziya adlanır və perikardial pərdənin özünün iltihabi yaxud orqanizmdə olan hər hansı bir xəstəliyin nəticəsi olaraq ortaya çıxır.
 
Perikardialeffuziya aşağıdakı hallarla bağlıdır:
 
- Perikardın istənilən xəstəliyi;
- Kəskin perikardit (viruslu, bakterial, vərəmli və ya idiopatik);
- Autoimmun xəstəliklər;
- Miokardın infarktından və ya ürək cərrahiyyəsindən sonra;
- Döş boşluğunun iti və ya küt travması;
- Kardioloji diaqnostik və ya müxtəlif intervensional prosedurlardan sonra;
- Bədxassəli törəmə, o cümlədən, digər orqanların birincili törəmələrindən metastazlar;
- Mediastinumun şüalandırılması;
- Uremiya ilə müşahidə edilən böyrək çatışmazlığı;
- Hipotireoz, xüsusilə də, miksedema;
- Perikarda uzanan aortanın disseksiyası;
- Bəzi dərman preparatları.
 
C.Gülmalıyev qeyd edib ki, kisənin içindəki təzyiq ürəyin işləmə gücünün qarşısını alacaq qədər yüksək olduqda, ürəyin fəaliyyəti pozulur. Əsas əlamət kimi ciddi təngnəfəslik, boğulma şikayətləri və xəstənin məcburi oturaq vəziyyət almasını göstərə bilərik.
 
Hər xəstə üçün mayenin səviyyəsinə əsasən individual müalicə üsulu seçilir.
 
"Dərman müalicəsinə tabe olmayan, davamlı artan və ürək boşluqlarına təsir göstərən maye toplanması hallarında isə ürək kisəsi punksiya edilərək toplanmış maye boşaldılır və həmin mayedən analiz təhlili aparılaraq toplanma səbəbi araşdırılır", - deyə həkim əlavə edib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev