Cəmiyyət narkomaniya ilə mübarizədə dəstəyini əsirgəməməlidir    
20.11.2021 17:21

Narkotik maddələrdən istifadə xüsusilə özünəgüvəni az olan gənclər arasında daha geniş yayılıb. Narkotika istifadə edənlər, adətən, maddə qəbulundan sonra özlərini qısa müddətlik “xoşbəxt” hiss edir və özlərini “qəhrəman” kimi təsəvvür edirlər. Nəticədə, narkotik maddələrə meyil və fiziki asılılıq yaranır. Bəzi gənclər “yüngül narkotiklər” adı altında təbliğ edilən maddələrdən istifadə edir və düşünürlər ki, bu təbii bitkilər heç bir asılılıq yaratmır. Belə deyil, ziyansız narkotika yoxdur. Vətəndaşları bu cür təbliğat alətlərinə aldanmamağa, onları daha diqqətli olmağa çağırıram.

 

Həkim-narkoloq Araz Manüçöhri narkotik maddələrin mənfi təsirlərindən danışıb.

 

Həkim-mütəxəssis qeyd edib ki, narkotika istifadə edən gənclər onun ziyanlarını bir neçə istifadədən sonra hiss etməyə başlayır və peşman olurlar: “Lakin narkomaniyadan tamamilə xilas olmaq mümkündür. Cəmiyyətdə bunun mümkünsüz olduğu bilinir, amma bu, yanlış stereotipdir. Narkotik maddə istifadəsini tərgitmək həm də iradə məsələsidir. Nəzərinizə çatdırım ki, siqareti belə tərgidə bilməyənlər var, lakin iradəsi möhkəm olanlar həkim dəstəyi nəticəsində, bu bəladan tamamilə xilas ola bilirlər. Narkotik maddələr ciddi psixi pozuntulara səbəb olur. Narkotikanın fiziki təsirlərini aradan qaldırmaq az vaxt aparsa da, psixoloji müalicə uzun zaman tələb edir. Ona görə də narkomaniya ilə mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməli, yəni, cəmiyyət problemin həllinə mütləq töhfə verməlidir”.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev