Lənkəran şəhərində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib
20.11.2021 17:18

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov çıxış edərək əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu deyib. Şöbə rəisi narkomaniyanın səbəb olduğu ağır fəsadlar barədə məlumat verərək qeyd edib ki, nazirliyin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər. Məqsəd gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadını doğrultmasına, Vətənə layiqli övlad kimi yetişməsinə töhfə verməkdir.

 

Sonra çıxış edən şəhər təhsil şöbəsinin müdiri Ülviyyə Əliyeva, Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyev və digərləri polis əməkdaşları tərəfindən məktəblilərlə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib, şagirdləri bu həssas mövzuya diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.

 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

 
 
 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub