Kompüter qarşısında çox oturmaq gözdə quruluğa səbəb olur
02.09.2020 17:06

Göz ən mühüm və eyni zamanda ən incə duyğu orqanlarından biridir və insan həyatında çox mühüm rol oynayır. Göz vasitəsilə ətrafda cərəyan edən hadisələri görür, rənglərin çalarlarını seçir, həyatın gözəlliklərini duyuruq. Ona görə də, onların gigiyenasına düzgün əməl edilməsi vacib şərtlərdən biridir.

Aztibb.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a deyib: “Ətraf mühitdən informasiyanın 90 faizi göz vasitəsilə alınır. Gözlərinin hər birinin çəkisi 10-13 qram arasında olsa da, onun funksiyaları kifayət qədər çoxdur. Göz daim qidalanmağa ehtiyac duyan orqandır. İlk növbədə gün ərzində 1 saat təmiz havada gəzmək buynuz qişa, beyin və göz dibi üçün çox faydalıdır.


Kompüter qarşısında uzun müddət oturduqda göz yorğunluğu daha çox müşahidə olunur. Bu zaman şüalar gözün nəmliyini qurudur və göynəmələr əmələ gəlir. Bunun üçün hər 45 dəqiqədən bir kompüterdən uzaqlaşıb 15 dəqiqə hava almaq lazımdır. Belə şəraitdə çalışanlar tez-tez apteklərdə satılan təbii göz yaşı damcılarından istifadə etməlidirlər".

 

“Ən ideal göz masajı hansısa əşyanı 30 santimetrlikdə tutub mümkün olduğu qədər yaxın və uzağa baxmaq lazımdır. Bunu etmək gözdaxili əzələləri yığır və boşaldır, fokusu yaxşılaşdırır. Normal halda bir göz dəqiqədə 16-18 dəfə qırpılmalıdır. Kompüter arxasında olanda o qədər ona aludə oluruq ki, gözü qırpmağı unuduruq və bu, dəqiqədə, məsələn 10 dəfəyə düşürsə, bu proses saatlarla, günlərlə davam edəndə quru göz sindromunun yaranmasına səbəb olur”, - deyə həkim-oftalmoloq bildirib.

ÇOX OXUNANLAR
Ağır vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı ilə seçilən həkim - Rəşad Nəsirli
Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib  
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Sabunçu Tibb Mərkəzində təlim:
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Laboratoriyada yetişdirilən beyin orqanoidləri illər ərzində inkişaf edir - TƏDQİQAT
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Şamaxı RMX-da təlim: “Vərəmin erkən aşkarlanmasında ilkin səhiyyə xidmətlərinin rolu”