Görmə qabiliyyətinin itirilməsi hansı səbəblərdən baş verir? - Həkim-oftalmoloq
19.11.2021 11:30
Dünyada yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluq da geniş yayılıb. Görməni təmin edən torlu qişanın, görmə siniri və makulanın zədələnməsi ilə müşayiət olunan xəstəliklər korluqla nəticələnir. Xəstəliyin vaxtında aşkar olunması və müalicənin dərhal aparılması üçün mütəmadi maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyeva “Həkim məsləhəti” rubrikasında “Korluğun əsas səbəbləri” haqqında ətraflı məlumat verib.
 
Oftalmoloq qeyd edib ki, dünyada milyonlarla insan korluqdan əziyyət çəkir. Korluq görmə qabiliyyətinin itirilməsidir. Ətraf mühit haqqında informasiyanın 90%-i gözlə alındığına görə görmənin zədələnməsi, itirilməsi insanlara neqativ təsir edir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası (AMD), buynuz qişanın patologiyası, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir.
 
Dünyada hər il görməsini itirən insanların sayı 45 000 artır. Korluqla mübarizə durmadan davam etdirilərsə, həmin insanların 80%-də korluğun qarşısı alına bilər. Gözlərin müayinəsi və eynəklərlə təminat nəticəsində yer kürəsində 153 milyon insanın həyatı dəyişə bilər. Ümumdünya Səhiyyə Təşkilatı sadalananların reallaşacağını mümkün hesab edir. Ölkəmizdə korluq və görmə qüsurlarının qarşısının alınması üçün dövlət səviyyəsində mühüm tədbirlər görülür:
 
"Statistik məlumatlara əsasən, dünya əhalisinin 4%-i ciddi görmə qüsurlarından və ya korluqdan əziyyət çəkir. Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Belə ki, korluq uşaqların, gənclərin gələcək inkişafında özünü formalaşdırmada, reallaşdırmada maneələr yaradır. Sonradan görməsini itirənlərdə korluq həyat keyfiyyətinə təsir edir, onların gündəlik aktivlikləri zəifləyir, asılılıq, psixoemosional pozğunluqlar, depressiyalar yaranır, əmək fəaliyyəti itir, zədə və travmaların riskini artırır.
 
Yaşla bağlı makula degenerasiyası, piqmentli retinitlər zamanı görməsini sonradan itirən pasiyentlər üçün “bionik gözlər” ixtirası, tətbiqi üzrə müsbət nəticə verən araşdırmalar 1997-ci ildən aparılır (Avstraliya). Retinal protez vasitəsilə elektrik impulsları gözə implantasiya olunmuş çipə verilir, sinir hüceyrələri stimulyasiya olunur və beyinə siqnallar ötürülür.
 
Göz önündə isə xüsusi kameralı eynək yerləşdirilir. Mürəkkəb və bahalı texnika belə mexanizmlə pasiyentləri bir neçə saniyəlik görmə ilə təmin edir. Bionik gözdəki görmə sağlam bir gözün görməsi kimi olmasa da, heç görməyən xəstə üçün bu olduqca dəyərlidir. Xəstələrin görməsi kompüterdəki pikseller kimi və ağ-qara rəngdə olur".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev