Böyrəklərin funksiyası tamamilə dayandığı zaman müalicə metodu olaraq edilən seçim - DİALİZ
19.11.2021 11:06
Orqan transplantasiyası daha üstün müalicə metodu sayılsa da, orqan müqaviməti ölkəmizdə problem olduğu üçün pasiyentlər dializ metoduna üz tutmalı olurlar.
 
Aztibb.az-ın xəbərinə görə, həkim nefroloq Barat Yusubov "Dializ və onun metdoları haqqında" məlumat verərkən belə deyib.
 
Həkim bildiirb ki, böyrəklərin funksiyası tamamilə dayandığı zaman həyatı davam etmək üçün böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə "dializ" və "böyrək nəqli" (transplantasiyası) seçimləri verilir. Dializ metodları çətin və sosial həyatda bir sıra problemlər yaratmasına baxmayaraq böyrək çatışmazlığından əziyyət çəkənlərin uzun müddət sağ qalmasına səbəb olur:
 
"Qandan zərərli maddələri təmizləyən və maye normasını tənzimləyən dializin 2 növü var:
 
Peritondializ: bir torba içərisində yerləşən məhlul, xəstənin qarnına yerləşdirilən kateter vasitəsilə gündə 4 dəfə 40 dəqiqə olmaq şərti ilə qarın boşluğuna verilir. Xəstənin evdə özünün edə biləcəyi bu metodla qandakı zəhərli maddələr və artıq maye qarın pərdəsi vasitəsilə uzaqlaşdırılır.
 
Hemodializ: böyrək funksiyalarının müəyyən bir aparat tərəfindən yerinə yetirildiyi metod olub, həftədə 3 dəfə 4 saat həkim nəzarəti altında aparılmalıdır".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev