Ərik qurusunun faydaları: MÜALİCƏVİ RESEPTLƏR
19.11.2021 10:05

Ərik qurusu çox faydalı müalicəvi məhsuldur.


Aztibb.az xəbər verir ki, qış aylarında insan orqanizmi vitamin və mineralların çatışmazlığından əziyyət çəkir. Bu halda vitamin və xüsusilə minerallarla zəngin olan ərik qurusu bizə çox yaxşı kömək edə bilər. Onun tərkibində orqanizm üçün ən vacib A, C, B qrupu vitaminləri, bir çox faydalı minerallar (kalium, kalsium, maqnezium, fosfor, dəmir, mis, kobalt və s.), pektinlər, orqanik turşular, qidalı liflər, fruktoza, qlükoza var.


Ərik qurusu ürək üçün xüsusilə faydalıdır. Onun tərkibində ürəyin normal fəaliyyətini təmin edən 2 əsas mineral - kalium və maqnezium - var. Kardioloqlar pasiyentlərinə hər gün 4-5 ərik qurusu yeməyi tövsiyə edirlər.


Ərik qurusu qanın tərkibinə də çox müsbət təsir edir. Bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar hər gün ərik qurusu yeməlidir.

 

Ərik qurusu bağırsaqların normal fəaliyyəti üçün çox faydalıdır. Qəbizlikdən əziyyət çəkirsinizsə, özünüzə belə müalicəvi dəmləmə hazırlayın:

 

Axşamdan 4-5 ərik qurusunu termosda 1 stəkan qaynar suda dəmləyin. Səhər acqarına bu suyu ilıq halda için və meyvələri yeyin. 1 saatdan sonra səhər yeməyinizi yeyə bilərsiniz.

 

Bu müalicəvi resepti sağlam, qəbizlikdən əziyyət çəkməyən insanlar da istifadə edə bilərlər. Bu sadə üsulla siz orqanizminizi toksinlərdən, şlaklardan, ağır metalların duzlarından təmizləyə bilərsiniz, orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı sala bilərsiniz.  Belə müalicəni 1 ay ərzində davam etmək olar.

 

Sidikqovucu preparatları qəbul edən insanlar mütləq ərik qurusu yeməlidir. Əksər sidikqovucu preparatlar orqanizmdən kaliumu yuyub aparır. Bu isə ilk növbədə ürəyin sağlamlığına mənfi təsir edir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev