Stresi azaldan 5 sadə üsul
19.11.2021 09:33

Alimlər xroniki stresi insanın sağlamlığı üçün ən ziyanlı amillərdən biri kimi qiymətləndirirlər.


Aztibb.az xəbər verir ki, uzunmüddətli stres orqanizmə məhvedici təsir edir. Həkimlər bunu "domino effekti" adlandırırlar. Xroniki stres ürək-damar, sinir, mədə-bağırsaq, endokrin kimi orqanizmin əsas sistemlərinə çox mənfi təsir edir, orqanizmdə olan tarazlığı pozur ki, nəticədə orqanizm domino daşlarından tikilmiş fiqur kimi dağılmağa başlayır.

 

Bu səbəbdən stresdən mütləq mübarizə aparmaq lazımdır. Stres vəziyyətinə  düşdükdə, gözləməyin, dərhal hərəkətə keçin.

 

Bu kimi sadə üsullar stresi başlanğıc mərhələsində söndürə bilər.


1. Saqqız çeynəyin. Alimlər sübut edir ki, çeynəmə hərəkətləri stresin azalmasına kömək edir.
2. Musiqiyə qulaq asın. Yeniyetmələr arasında aparılmış araşdırmalar sübut edib ki, musiqi stresin xeyli azalmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir. Xoşladığınız musiqiyə qulaq asın, bu rəqs musiqisi, rok və ya əksinə klassik, həzin musiqi ola bilər.   
3. Efir yağlarını iyləyin. Lavanda, portağal, qızılgül, vanil efir yağları insanı sakitləşdirir, stresin azalmasına kömək edir.
4. Düzgün nəfəs alın. Stres zamanı insan tez-tez qeyri-sabit nəfəs alır. Bu da həyacanı, qorxunu, stresi artırır. Adi düzgün nəfəsalma insanı sakitləşdirə bilər. Bunun üçün düz oturun, burnunuzla asta və dərin nəfəs alın və asta nəfəs verin. Döş qəfəsinin  hərəkətlərinə fikir verin. Bunu 10-15 dəfə edin.    
5. Fiziki işlə və ya idmanla məşğul olun. Bir çox qadınlar etiraf edə bilərlər ki, stres zamanı ev işləri ilə məşğul olduqda stresin azalmasını hiss edirlər. Kişilər bu məqsədlə idman zalına gedə bilərlər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev