Psixoterapevt: "Həyəcanlı vəziyyət nitq axıcılığının pozulmasına səbəb olur"
18.11.2021 18:36

Daha çox uşaqlarda rast gəlinən kəkələmə halı xəstəlik olmasa da, ciddi problem sayılır. Kəkələyən uşaqlar həmyaşıdları ilə ünsiyyət zamanı müxtəlif sıxıntılar yaşayır, erkən yaşda psixoloji travmalara məruz qalırlar.

 

Psixoterapevt Roza Kərimovanın dediyinə görə, övladlarının kəkələdiyini hiss edən valideynlər problemin qarşısını almaq üçün dərhal həkimə müraciət etməlidirlər: “Loqonevroz adlanan həmin problem zamanı nitqdə ritm pozulur, axıcılıq itir. Danışanda istər sözlərin əvvəlində, istər ortasında və istərsə də axırında kəkələmə halı müşayiət olunur. Çox vaxt bunu nitq problemi kimi qəbul edirlər. Narahatlıq, emosionallıq, həyəcan halının artması nitqin axıcılığının pozulmasına səbəb olur”.

 

Ona görə də kəkələyən uşaqlar nitq axıcılığına diqqət yetirməlidirlər. Müalicə üsulları barədə danışan mütəxəssis deyib: “İlk yeddi-səkkiz seans susmaq rejimi tətbiq edilir, xüsusi nəfəs tapşırıqları verilir, nəfəs burundan alınaraq ağızdan buraxılır. Həmin tapşırıqlar, ilk növbədə, nitqin axıcılığının düzəlməsinə xidmət edir, stresi azaldır. Daha sonra ümumi hecalar üzərində iş gedir, hər hərəkət zamanı - istər ayaq üstə, istər oturaq vəziyyətdə, istər hərəkət edərkən, istər oyun zamanı özünə nəzarət halı diqqətdə saxlanılır. Hətta bəzən “stres-müsahibə” deyilən bir formada, yəni kəkələyən uşağı həyəcanlandıraraq danışdırılır və həmin vəziyyətdə özününəzarət halı izlənilir”.

 

Uşaqlarda nitq qabiliyyətinin formalaşmasınada həkimlə bərabər valideynlərin də rolu böyükdür. Onlar övladları ilə vaxt keçirən zaman düzgün nəfəs almaq qaydalarını da öyrətməlidirlər. Onlar ev şəraitində uşaqda ağız aparatını izləyir və orda baş verən qıyılma və əzələdə narahatlıq halını müşahidə edir.

 

Kəkələmə mürəkkəb bir problemdir, müalicəsi uzun müddət davam edir, hətta bəzən tam sağalandan sonra da kəkələmə yenidən qayıda bilər. Ona görə onun müalicəsi valideynlərdən həm böyük səbir və məsuliyyət tələb edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev