Bu qidalar insan beynini gücləndirir -  Həkim-nevropatoloq
18.11.2021 17:23

İnsanı digər canlılardan fərqləndirən əsas cəhət onun şüurlu olmasıdır. Beyin mərkəzi sinir sistemini idarə edən orqandır və düşüncə, qavrama və həyat tərzinin təminatçısıdır. Mütəxəssislər beynin normal inkişafının ilkin mərhələsi olaraq ana bətnində müayinə olunmağı məsləhət görürlər. Bu, gələcəkdə uşaqda yaranan zehni qüsurların qarşısını almaqda yardımçı ola bilər.

 

Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc Salamova belə deyib: “Kiçik bir problem gördükdə mütləq şəkildə nevroloqa və uşaq psixoloquna müraciət olunmalıdır ki, problem dərinləşməmiş olsun. Həmin dövrdə onu aşkara çıxarıb müalicə etmək daha asandır”.

 

Qeyd edək ki, insan 30 yaşını keçdikdən sonra beyin yaşlanmağa başlayır və bu, yaddaş problemləri olaraq özünü büruzə verir. İntellektual oyunlar məntiqin və strateji düşüncənin inkişafına şərait yaradır. Bura şahmat, domino, qolf oyunlarını aid etmək olar. Həmin oyunlar beyni 10 faizdən daha çox sürətlə düşünməyə vadar edir. “Daimi olaraq nəyisə öyrənmək, nəyisə araşdırmaq sahəsində çalışmaq sinir sisteminin aktiv olmasına səbəb olur”,- deyə həkim-nevropatoloq bildirib.

 

Yaşıl meyvə-tərəvəz, eləcə də balqabaq və onun tumu beynin fəaliyyətinə müsbət təsir göstərir, yaddaşı gücləndirir, zehni əməklə məşğul olanların iş məhsuldarlığını artırır. Alimlər 50 yaşdan sonra aydın zəkanı qorumaq üçün az yeməyi tövsiyə edirlər: “Qida menyusunda lobya, banan, alma və digər qidalara, karbohidratlarla zəngin məhsullara üstünlük verilməlidir. Yağlı balıqların istehlakı sinir sisteminə yaxşı təsir edir”.

 

Mütəxəssislərin digər bir araşdırmasına görə, musiqi beyinə unikal formada təsir edir. Rəqs etmək, musiqi dinləmək və ya ifa etmək beynin aktiv çalışmasına səbəb olur, çünki musiqi beyin hüceyrələri, onun strukturu arasında əlaqənin inkişafı üçün əvəzolunmaz vasitədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev