Yuxusuzluq və depresiya zamanı kömək edən, stresi azaldan MÖCÜZƏVİ BİTKİ
18.11.2021 15:48

Jenşen ümumimöhkəmləndirici təsirə malikdir. Bu səbəbdən bitki immuniteti möhkəmləndirən bir çox preparatların tərkibinə daxildir. Jenşen orqanizmin müxtəlif infeksiyalara qarşı davamlılığını artırır, sağalmanı tezləşdirir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, bu bitki insanın mərkəzi sinir sisteminə çox müsbət təsir edir - yaddaşı möhkəmləndirir, yuxusuzluqdan və depresiyalardan azad edir, stresi azalıdr, nevrasteniya zamanı kömək edir.

 

Jenşen təbii tonuslaşdırıcı vasitədir - insanı daha gümrah və fəal edir, əqli yorğunluğunu azaldır, iş qabiliyyətini yaxşılaşdırır. Ürək-damar sisteminə olduqca müsbət təsir edir, ürək-damar sistemi xəstəliklərinin inkişafının qarşısını almağa kömək edir - ürəyin əzələsini qoruyur, arterial təzyiqi tənzimləyir, qanda xolesterinin səviyyəsini aşağı salır, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

 

Jenşen, həmçinin qanda şəkərin səviyyəsini aşağı salır. Bu möcüzəvi bitki mübadilə proseslərini yaxşılaşdırır, piylərin parçalanmasını sürətləndirir. Ona görə də  jenşen arıqlamaq üçün olan müxtəlif preparatların tərkibinə daxil edilir. Jenşenin kökü və yarpaqlarının dəmləməsi sağalmayan yaraların və xoraların müalicəsində effektivdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev