Bu qidalar qlaukoma riskini 30% azaldır
18.11.2021 09:46

Qlaukoma çox yayılmış göz xəstəliyidir. Xəstəlik adətən 40 yaşından sonra inkişaf edir.

 

Aztibb.az xəbər verir ki, qlaukoma bütün dünyada bərpa olunmaz korluğun əsas səbəbidir. Xəstəliyin əsas təhlükəsi gizli şəkildə inkişaf etməsidir.

 

Harvard Universitetinin Tibbi məktəbinin (Harvard Medical School) alimləri 1984-dən 2012-ci ilə qədər 105 mindən artıq insanın qidalanmasını araşdırdıqdan sonra belə qərara gəliblər ki, bəzi qidaların gündəlik qəbulu qlaukoma riskini 30%-ə qədər azaldır.

 

Bu qidalar arasında: kahı, ispanaq, kələmin müxtəlif növləri (ağ kələm, gül kələmi, brüssel kələmi, çin kələmi), türşəng. Bu qidalar gözlərdə qan dövranını yaxşılaşdırır ki, nəticədə qlaukoma riski xeyli azalır.

 

Alimlər insanlara hər gün bu qidaları yeməyi tövsiyə edirlər. Bu xüsusilə 60 yaşından yuxarı və yaxın qohumları arasında qlaukoma xəstəliyi olan insanlara aiddir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev