Koronavirus xəstəsi marketdə satıcı işləyirmiş 
02.09.2020 14:41

Qaradağ Rayon Polis İdarəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini E.Nəbiyevanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də, o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

 

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində yerləşən “Qaradağ” marketinin şirniyyat bölməsində satıcı işləməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan E.Nəbiyevanın törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq yaşadığı ünvana qaytarılıb. Həmçinin adıçəkilən mağazanın fəaliyyəti dayandırılıb, marketdə işləyən 35 nəfər koronavirus testi edilməsi məqsədi ilə tibb müəssisəsinə göndərilib, obyektin dezinfeksiyasının aparılması üçün müvafiq quruma müraciət edilib.

 

E.Nəbiyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polisin nəzarətinə götürülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır