Azərbaycanlı alimin hazırladığı kokteyl peyvəndi ilə bağlı məqalə nüfuzlu “Vaccines” jurnalında dərc olunub
17.11.2021 16:02

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi qrupun hazırladığı kokteyl peyvəndinin istehsalı ilə bağlı məqalə nüfuzlu “Vaccines” jurnalında nəşr edilib.

 

Bu barədə Aztibb.az-a prof. Tərlan Məmmədov özü məlumat verib.

 

Məqalədə dünyada ilk dəfə olaraq azərbaycanlı alimin ixtirası ilə hazırlanmış (patent müraciəti 2020-ci ilin dekabrında ABŞ Patent və ticarət nişanı ofisinə təqdim edilib) COVID-19-a qarşı kokteyl peyvəndinin mühəndisliyi və pre-klinik tədqiqatlarından bəhs edilir.

 

Tərlan Məmmədov qeyd edib ki, məqaləyə daxil olan rəyçi şərhində məqalənin dünyada mövcud olan COVID-19 problemlərinin həllinə yönəldiyi və koronavirusa qarşı ilk dəfə peyvənd namizədi kimi SARS-CoV-2-nin Nucleocapsid və RBD kokteyl antigenlərinin Nicotiana benthamiana-da istehsalı, mühəndisliyi və xarakteristikası ilə bağlı nəticələrin təqdim edildiyi bildirilib.

 

Qeyd edək ki, “Vaccines” jurnalının 5 illik impakt faktoru 5,513-ə (2020) bərabərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub