Hande Harmancı: "İl ərzində 1 milyondan çox vaxtından əvvəl doğulan körpə ölür"
17.11.2021 11:12

“Dünyada bu gün üçün təxminən 3 000-dən çox vaxtından əvvəl doğulmuş körpə dünyasını dəyişəcək. Bu, bir günün statistikasıdır, ildə isə 1 milyondan çox körpə ölümü deməkdir”.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsi tərəfindən keçirilən "Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü"nə həsr olunmuş onlayn konfransda deyib.

 

Hande Harmancı bildirib ki, ölməyib sağ qalan həmin körpələrin böyük bir qismi həyatları boyunca görmə, eşitmə və öyrənmə problemi yaşayacaq: “Bütün bu hallar çox kədərli haldır. Halbuki həmin körpələrin həyatları ucuz başa gələn tibbi müdaxilərlə qurtarıla bilər. Bu istiqamətdə məlumatlılıq artırılmalıdır”.

 

O, bildirib ki, ÜST tərəfindən vaxtından əvvəl doğulmuş körpələrlə bağlı bilik və məlumatların artırılması istiqamətində işlər görülür, hər il müxtəlif layihələr hazırlanır, erkən doğulmuşların hansı səbəblərdən dünyasını dəyişdiyi araşdırılır. Bundan başqa, klinik olaraq lazımi tədbirlərin görülməsi yönündə müxtəlif ölkələrdəki agentlik və müvafiq qurumlarla birgə işlər həyata keçirilir. ÜST dünyadakı ölkələrə bu sahədə texniki dəstək göstərməyə çalışır.

 

“Mən də vaxtından əvvəl doğulan iki uşaq anasıyam. Əgər bu sahədəki tədbirlərdən xəbərsiz olsaydım, bəlkə də övladlarım yaşamayacaqdı. Vaxtından əvvəl doğulan körpələrin ağciyərlərini açmaq üçün lazım olan dərman ölkədə 1 dollardan ucuzdur. Lakin bir çox ölkədə həmin dərman tapılmır”, – deyə H.Harmancı əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub