Adi xalı bədxassəli törəmədən necə fərqləndirməli? - 5 ƏLAMƏT
17.11.2021 10:09

Bədəndə çoxsaylı xallar zamanla təhlükəyə çevrilə bilər. Melanoma - dəri və xal xərçəngidir, son zamanlar çox insanda aşkarlanır.

 

Aztibb.az xəbər verir ki, həkim Andrey Prodeus xalların nə zaman bədxassəli törəməyə çevrildiyini açıqlayıb.

 

"Xal çox sayda melanosit hüceyrələrinin bir yerə toplanmasından əmələ gəlir. Əgər bu hüceyrələrdə pozuntu olarsa, onlar mutasiyaya uğrayır və şişə çevrilir. Şiş dərinin dərinliyinə və ətrafa metastaz verir.

 

Bədənində olan xalları mütləq analiz edib, mütəmadi yoxlamaq lazımdır. Bəzi əlamətlər, dəyişikliklər melanoma əmələ gəldiyini göstərir.

 

Birinci əlamət - assimmetriyadır. Adətən təhlükəsiz xallar simmetrikdir, yəni kənarları normal, heç bir ciddi kənarlaşma yoxdur.

 

İkincisi - xalın kənarlarının dağınıq olması. Sağlam xalın kənarları düz sərhədlidir. 

 

Xalın rənginin dəyişməsi - xalın müxtəlif rəngə çalması, çox tündləşməsi, qaralması.

 

Xalın böyüməsi - əgər xalın eni, uzunu 1 sm-i aşmırsa, qorxulu deyil.

 

Dinamika - yəni kiçik bir xal bir neçə ayın içində böyüdüsə, dəyişdisə, o zaman mütləq həkimə göstərməlisiz.

 

Əgər xallarla bağlı, bu əlamətlərdən 2-si belə varsa, xəstə mütləq dermakoskopiyadan keçməlidir.

 

Əgər dermatoloq xaldan şübhələnsə, biopsiya olunur və əkilməyə verilir.

 

Yalnız bundan sonra melanoma diaqnozu qoyulur.

 

Bədənində iri xalları olanlar günəşdə qaralmaqdan çəkinməli və xalları gündən qorumalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev