COVID-19 səbəbindən yaranan nevroloji problemlər zaman keçdikcə yox olur  
16.11.2021 09:52

Yeni növ koronavirus (COVID-19) infeksiyasını ağır keçirənlərdə xüsusən qalıq respirator simptomlar təxminən iki ay davam etsə də, daha sonra aradan qalxır. Həmin simptomlara tənəffüsün çətinləşməsi, dərindən nəfəs ala bilməmək hissi və s. aiddir. Xəstələri daha çox narahat edən digər məsələ isə, iybilmə və dadbilmə hissinin itməsi və ya deformasiya olunmasıdır. İybilmə və dadbilmə hissinin bərpası da 2 həftədən 18 aya qədər davam etsə də, tamamilə bərpa olunur. Ona görə də həyəcanlanmaq və stresə düşmək lazım deyil.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

 

Professor bildirib ki, hər COVID-19 virusunun hüceyrə daxilinə nüfuz etməsi üçün üzərində tikanı xatırladan 40-a qədər struktur zülalı olur: “Yoluxma zamanı həmin zülalın baş beyinə daxil olduğu təsdiq olunub. Lakin xəstəliyin keçirilmiş klinik formasından asılı olmayaraq, COVID-19-dan sağalan şəxslərdə baş beyinin infeksiyalaşmasını sübut edən patoloji dəyişikliklər müşahidə olunmur. Həmçinin xəstəliyin kəskin dövrü və postcovıd mərhələsində onurğa beyinin mayesinin tərkibində də heç bir dəyişiklik baş vermir. Bu iki hal COVID-19-un baş beyinə birbaşa təsir göstərmədiyini sübut edir. Onu da qeyd edim ki, həmin zülal baş beyinin sinir elementlərində geridönməz pozuntular törədə bilməz”.

 

M.Qəniyevin dediyinə görə, koronavirusun kəskin dövrü, eləcə də postcovıd mərhələsində müşahidə olunan bütün nevroloji problemlərin əsasında yalnız immun hiperaktivliyi, yəni “sitokin fırtınası” durur: “İmmun hiperaktivlik halı müalicə nəticəsində aradan qalxdıqdan sonra nevroloji pozuntular qeyri-şərtsiz olaraq, vaxt keçdikcə yox olur. Pozulmuş funksiyaların bərpası, ilk növbədə, orqanizmin fərdi xüsusiyyətləri və xəstəliyin klinik gedişindən asılıdır. Məsələn, infeksiyanı yüngül formada pnevmoniya ilə birgə keçirmiş şəxslərdə təxminən bir ay sonra bütün fizioloji funksiyalar, o cümlədən operativ yaddaş pozuntusu tam olaraq aradan qalxır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev