Həkim-pediatr: Uşaqların bədənində əmələ gələn səpkilər COVID-19-un əlaməti ola bilər
16.11.2021 09:29


Dərisində səpkilərin yaranması ilə yanaşı, uşağın bədən temperaturu da yüksəkdirsə, bu, yoluxucu xəstəliyin simptomu ola bilər. Valideynlər adətən bunu allergiya adlandırsalar da, belə deyil. Allergiya zamanı da hərarət yüksəlir, lakin qısa müddət və kəskin halda davam edir. Bir sözlə, bu hal bir neçə xəstəliyin xəbərçisi ola bilər. Həmçinin tibbin gündəmi olan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə xəstələnən uşaqların bədənində səpkilər əmələ gəlir. COVID-19-un ağırlaşması hesab edilən Mis-C sindromu da kavasaki sindromu ilə oxşardır.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-pediatr Aytən İsmayılzadə bildirib.


Uşaqlarda səpki və hərarətlə müşayiət olunan virus xəstəlikləri barədə danışan həkim-mütəxəssis deyib: “Hərarətli günlərdən sonra ağız ətrafında yaranan səpkilər uşağın əllərinə və ayaqlarına da yayılır. Körpələrdə isə səpkilər hətta bütün ayaq və qolu, ağız, dil və boğazı da əhatə edə bilər. Bu, koksaki virusunun əlamətidir. Koksaki virusu zamanı yarana səpkilər gövdəyə yayılmır. Xoralaşmağa meyilli və göynədici səpkilərdir. Belə olan halda, səpkiləri aradan qaldırmaq üçün xüsusi tədbir görməyə ehtiyac yoxdur, bir həftə ərzində səpkilər öz-özünə yox olur. Hətta böyük yaşlı (6-7) uşaqlar koksaki virusuna yoluxduğu zaman onlarda hərarət yüksəlməyə bilər.

 

Əgər yüksək hərarət davam etdikcə gözlər qızarırsa, bütün bədəndə, xüsusilə də gövdə və gövdəyə yaxın yerlərdə sıx yerləşmiş xırda və tikan kimi səpkilər varsa, bu, qızılca virusunun əlaməti ola bilər. Qızılcaya yoluxduğu zaman uşaq özünü çox narahat və halsız hiss edir və bədən temperaturu yüksəlir.

 

Uşağın bədən temperaturu çox az yüksəldikdə və ya normada olduğu halda belə bədəni səpirsə və bu səpkilər saç kökləri olan hissədən başlayıb bədənə yayılırsa, su çiçəyi virusundan şübhələnmək lazımdır. Su çiçəyi virusuna görə bədənə yayılan səpkilərin içi sulu olur və güclü qaşıntı verir. Həmin virus uşaqlarda ağırlaşmalara səbəb ola bilər. Ona görə də mütləq ehtiyatlı davranmaq lazımdır”.

 

A.İsmayılzadə, həmçinin səpkilərə səbəb olan digər virus infeksiyaları barədə də məlumat verib. O, bildirib ki, hərarət olmadan yaranan sulu səpkilər sonradan kənarlara doğru dərini açaraq yayılır, sulanır, üstü kərtmək bağlayır və artırsa bu “sarı yara”dan xəbər verir. Belə streptodermiya və ya impetiqo xəstəlikləri mikrob mənşəli olduğu üçün müalicəsi antibiotiklər vasitəsilə aparılır.

 

Uşağın hərarətinin yüksəlməsi ilə yanaşı, onun boyun limfa düyünləri böyüyür, özünü halsız his edir və solğun dəri üzərində xırda səpkilər yaranırsa, bu, məxmərək ola bilər. Qızılca kimi məxmərək də ağırlaşmaya səbəb ola bilər, ona görə də bu simptomlar müşahidə edilən zaman həkim-mütəxəssisə mütləq müraciət etmək lazımdır.

 

Hərarət fonunda çox halsızlıq, limfa düyünlərinin şişməsi, güclü boğaz ağrısı, qaraciyərin böyüməsi və yanaşı olaraq səpkilər müşahidə edilirsə, infeksion mononukleoz xəstəliyindən şübhələnmək olar. Həmin xəstəliyə yoluxan uşaq infeksionist tərəfindən müayinə və müalicə olunmalıdır”.

 

Həkim-mütəxəssis uşaqlarda rast gəlinən skarlatina və rozeola virus infeksiyaları barədə danışıb.

 

“Uşağın bədəni, hətta əllərinin içi və ayağının da səpirsə, dili, yanaqları və boğazı qıpqırmızıdırsa, skarlatinaya yoluxmuş bilər. Həmin uşaqların ilk həftə ərzində antibiotik qəbul etməsi mütləqdir. Bu xəstəlik ürək və böyrəklərdə ciddi fəsadlara səbəb ola bilər.

 

Bundan başqa, uşaqların bədənində 3-5 gün davam edən yüksək hərarətdən sonra əmələ gələn ləkəli və solğun səpkilər rozeola xəstəliyinin əlamətləridir”, - deyə həkim-pediatr əlavə edib.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində