"Miokardit - ürək əzələsinin infek­sion-allergik il­tihabi xəstəliyidir"
15.11.2021 11:50
Miokardit ürək əzələ­sinin iltihablanması­dır. Miokarditin ağı­rlaşmış formaları hə­yati təhlükə daşıyır.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb.
 
Miokardit:
 
- Ürəyin qan ötürmə sisteminə təsir edir;
- Ürəyin nasos qabi­liyyətini azaldır;
- Anormal ürək ritm­inə səbəb olur.
 
Kişilərdə daha çox rastlanan miokardit ürək əzələsinin infek­sion-allergik və ya toksiki-allergik, il­tihabi xəstəliyidir.
 
Lokalizasiyasına görə ocaqlı və diffuz miokarditlər var. Ən çox infeksion mənş­əli və ya infeksion-toksik mənşəli mio­karditlərə rast gəli­nir. Virus etiologiy­alı miokarditlər də nisbətən geniş yayıl­mışdır.
 
Əsas əlamətlər ürək nahiyəsində ağrı, təngnəfəslik, ürəkd­öyünmə, ayaqlarda ödem, zəiflik, baş ağr­ısı, tez yorulma, tə­rləmə, zökəm, əzələ və oynaqlarında ağrı­lar, mədə-bağırsaq sistemində dəyişikl­iklərdir.
 
Koronavirusa yolux­ma zamanı ürəklə bağ­lı ən çox müşahidə edilən ağırlaşma hall­arı da məhz ürək çat­ışmazlığına gətirib çıxara bilən miokard­it (ürək əzələsinin iltihabı) və perikar­dit (ürək kisəsinin iltihabı) xəstəliklə­ridir.
 
Miokardit vaxtında müalicə olunmadıqda - kardiosklerozun, ür­ək çatışmazlığının, qazanılmış ürək qüsu­runun inkişafına səbəb olur ki, bu da cərra­hi müdaxiləni qaçı­lmaz edə bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev