Yüksək təzyiqdə kömək edən 7 bitki və ədviyyat
15.11.2021 09:38

Yüksəlmiş qan təzyiqi - insanı ölümə aparan birinci səbəblərdən biridir.


Yüksək təzyiqdə düzgün qidalanma, vaxtında dərmanları qəbul etmək şərtdir. Lakin kimyəvi dərmanların yan təsirləri də çoxdur.


Ən təhlükəsiz yol təbiətin bəxş etdiyi dərmanlardır. Bunlar otlar, bitkilər, toxumlardır.


Aztibb.az təzyiq xəstələri üçün dərman qədər təsirli 7 bitkini təqdim edir.


Reyhan - kalsiy kanallarını blok edir, təzyiqi salır, damarları rahatladır.


Cəfəri - tərkibindəki karotinoid antoiksidantlar xolesterini azaldır, aşağı və yuxarı təzyiq göstəricilərini qaydaya salır, damarları genişləndirir.


Kərəviz kökü və toxumu - dəmir, marqans, maqniy, kaliy ilə zəngindir. Təzyiqi saldığı sübut olunub. O, təbii blokatordur.

 

Sarımsaq - qan dövranını yaxşılaşdırır, damarları təmizləyir, təzyiqi 5,5 civə sütunu mm salır.

Bu da bəzi təzyiq dərmanlarının təsiri ilə eynidir.


Darçın - damarları genişləndirir, şəkəri salır, şəkərə bağlı olaraq təzyiqi də salır. Bunun üçün darçın 12 həftə qəbul edilməlidir. Sutkalıq miqdar 300-500 mq-dır. Onu içkilərə, qidalara əlavə edə bilərsiz.


Zəncəfil - qədim təbabətin universal dərmanıdır. Təbii bloklayıcı və ingibitordur. Ürək-damar iltihabını azaldır. Alimlər hesablayıb ki, gündə 2-3 qram müntəzəm olaraq hər hansı bir formada zəncəfil qəbul edən şəxsdə yüksək təzyiq olmur.


Kəklikotu - ətirli bitki qanda iltihabı azaldır, qan dövranını yaxşılaşdırır, təzyiqi salır. APF fermentini bloklayır. Xolesterini, triqliseridləri azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev