Gənclər arasında şəkərli diabetin yayılmasının ƏSAS SƏBƏBİ
15.11.2021 09:19

Şəkərli diabet qanda qlükoza səviyyəsinin qalxması nəticəsində yaranır. Xəstəlik daha çox 35-40 yaş arasında olanlarda müşahidə edilir. Halsızlıq, başgicəllənmə, ağızda quruluq, mütəmadi susuzluq hissi xəstəliyin ilkin əlamətləridir. Hazırda dünyada 422 milyon nəfərdən çox əhali bu xəstəlikdən əziyyət çəkir. Düzgün müalicə aparılmadıqda şəkərli diabet insult, böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb olur.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının terapevti Şəhla Mirzəzadə bildirib ki, son illərdə bu xəstəlik daha çox gənclər və uşaqlar arasında müşahidə olunmağa başlayıb. Şəkərli diabetin gənclər arasında yayılmasının əsas səbəbi həyat tərzi ilə əlaqədardır. Bədən kütlə indeksinin artması, artıq çəki, fiziki aktivliyin aşağı düşməsi, qeyri-sağlam qidalanma və xüsusilə zərərli vərdişlərdən istifadə şəkərli diabetin yaranmasına rəvac verən səbəblərdir. Xüsusilə uşaqlar arasında diabetin müşahidə olunması qeyri-sağlam qida vərdişlərinin formalaşması ilə bağlıdır. Ona görə də valideynlər çalışmalıdırlar ki, uşaqları şəkərli və həddindən artıq zərərli qidalara yönəltməsinlər.

 

Düzgün qidalanma ilə yanaşı, idmanla mütəmadi məşğul olmağın da vacibliyini qeyd edən həkim deyib: “Təbii və sağlam qidalanmağa nəzarət etmək lazımdır. Fiziki aktivlik bu sahədə ən mühüm addımlardan biridir. Gün ərzində mütləq 5 min addım atılmalıdır. Digər vacib məqam yuxu rejiminin tamlığı, su qəbulu və bütün bunlarla yanaşı, zərərli vərdişlərdən, xüsusilə də tütünçəkmədən uzaq olmaqdır”.

 

Ş.Mirzəzadə bildirib ki, xroniki xəstəliyi olan, yüksək təzyiq və şəkərli diabetdən əziyyət çəkənlər yeni növ koronavirusu (COVID-19) da ağır keçirirlər: “Həmin yanaşı xəstəliyin olması virusun gedişini ağırlaşdıra bilər. Bu, bir qədər də fərqli xüsusiyyət daşıyır. Tədqiqatlar göstərir ki, şəkərini nəzarət altında saxlayan diabet xəstələrində virusun gedişinə nəzarət etmək mümkündür. COVID-19-a yoluxmuş diabet xəstələri şəkərin səviyyəsinə nəzarət etməyi, dərmanların vaxtında qəbulunu mütləq diqqətdə saxlamalıdırlar”.

 

Şəkərli diabetin yaranmasına genetik faktorlar, yüksək xolestrol, mədəaltı vəzi xəstəlikləri də səbəb olur. Qanda qlükozanın səviyyəsinə nəzarət və müalicə daimi xarakter daşıyır. Pəhriz təyin olunarkən xəstənin yaşı, cinsi, çəkisi, fiziki aktivliyi mütləq nəzərə alınnmalıdır. Həkim nəzarəti altında xəstəliyin ağırlaşmasının qarşısını almaq mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev