Duzlu kələmin bilmədiyiniz FAYDALARI
14.11.2021 09:55

Duzlu kələm ("molokan kələmi") soyuq fəsillərdə bizi bir çox vitamin və minerallarla təmin edə bilər.

 

Aztibb.az xəbər verir ki, duzlu kələmin tərkibində çoxlu miqdarda C vitamini var. Bu vitamin insanın immun sistemini möhkəmləndirir, infeksiyalara olan davamlılığını artırır, soyuqdəymə və qrip zamanı sağalmanı tezləşdirir.

 

Həmçinin duzlu kələmin tərkibində B6 vitamini var. Bu vitamin zülalın daha yaxşı mənimsəniləməsinə kömək edir. Duzlu kələmi ət xörəkləri ilə birlikdə yemək çox yaxşıdır.

 

Duzlu kələm kalium, dəmir, maqnezium, sink kimi minerallarla zəngindir.

 

Duzlu kələmin tərkibində olan liflər həzm proseslərini və bağırsaqların mikroflorasını yaxşılaşdırır, bağırsaqları təmizləyir. Duzlu kələm təbii prebiotikdir. Prebiotiklər bağırsaqlarda xeyirli mikroorqanizmlərin çoxalmasını təmin edir. Bu isə disbakteriozun müalicəsində kömək edir. Qıcqırma prosesi nəticəsində çoxlu miqdarda südturşulu bakteriyalar əmələ gəlir. Məhz bu bakteriyalar bağırsaqların xeyirli mikroflorasını təşkil edir.

 

Duzlu kələm bir çox mədə-bağırsaq sistemi xəstəliklərinin profilaktikasıdır. Hesab olunur ki, duzlu kələm hətta bağırsaq xərçənginin qarşısını alır. Lakin mədə və 12 barmaq bağırsağı xorası, kəskin qastrit, mədəaltı vəzi, böyrək xəstəlikləri, hipertoniya zamanı duzlu kələmi yemək olmaz.

 

Duzlu kələm arıqlamağa da kömək edir. Bunun səbəbi duzlu kələmin insanda tez bir zamanda toxluq hissi yaratmasıdır. Həmçinin duzlu kələmin tərkibində olan maddələr piylərin orqanizmdə daha tez parçalanmasını təmin edir.

 

Xalq təbabətində duzlu kələm və onun şirəsi müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Belə ki, duzlu kələmin suyu keçmişdə qurdqovucu, immuniteti möhkəmləndirən, iltihabəleyhinə vasitə kimi istifadə olunurdu. Duzlu kələm və onun suyu xalq təbabətində kişilərdə potensiyanı artıran vasitə kimi tanınır.

 

Duzlu kələm qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır.

 

Həkimlər həftədə 2-3 dəfə duzlu kələmdən hazırlanan salatları yeməyi tövsiyə edir. Belə salatlara göy-göyərti, istənilən tərəvəzlər və zeytun yağı əlavə olunur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev