7 xəstəliyə çarə olan bitki - BAĞAYARPAĞI
13.11.2021 23:29
Bağayarpağının müalicəvi xüsusiyyətləri qədim zamanlardan bəllidir. Bu bitki müalicə üçün istifadə olunan ilk bitkilərdən biridir.
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu bitkinin müxtəlif xəstəliklərin müalicəsində istifadəsi barədə məlumat paylaşıb.
1. Gec sağalan yaralarda bağayarpağı
Əgər dərinizdə irinli yaralar, çiban, kor çiban, trofik xoralar və ümumiyyətlə, müalicəyə çətin tabe olan yaralar varsa, belə bir reseptdən istifadə edə bilərsiniz: bağayarpağının təzə yarpaqlarını yuyun, üstünə inək yağını çörək üzərinə çəkilən yağ kimi çəkin, sonra dürmək formasında bükün, nazik məftillə bağlayın ki, açılmasın, sonra yanmayan folqaya bükün və közün içinə basdırın (və ya 50-60 dərəcə sobada 20 dəqiqə saxlayın). 20 dəqiqədən sonra yarpaqları folqanın arasından çıxarın, əzib maz formasına salın və gündə 2 dəfə yaraların üstünə çəkin. Xatırladım ki, bu reseptdən çöl şəraitində yaşayan insanlar və əsgərlərimiz istifadə edə bilərlər.
2. Qastritdə və kolitdə bağayarpağı
Qastrit və kolit zamanı təzə bağayarpağı yığılır, yuyulur, stəkana tökülür, üstünə yarım stəkan təmiz su əlavə olunub blenderlə qarışdırılır və yeməkdən yarım saat əvvəl içilir (və ya təzə bağayarpağı dərilir, yuyulur 2 saat suda saxlanılır, sonra şirəçəkəndən keçirilir, şirəsi çıxarılır). Gündə üç dəfə istifadə edildikdə bağayarpağının tərkibində olan bioloji aktiv maddələr sürətlə yaranın sağalmasına səbəb olur.
3. Zob düyünlərində bağayarpağı
Zob düyünlərini əritmək üçün bağayarpağı yığılır, ətçəkən maşından keçirilir və zobun üstünə qoyulur. Belə sarğını gündə 1 dəfə qoyub 2-4 saat (dərinin həssaslığından asılı olaraq əgər səpki verməsə, 4 saat saxlamaq olar) müddətində saxladıqda, zob düyünləri əriyir.
4. Babasildə bağayarpağı
0,5 litrlik şüşə qaba bir qat kərə yağı, bir qat blenderdə xırdalanmış təzə bağayarpağı, yenə bir qat yağ və bağayarpağı sıra ilə tökülür, qatların qalınlığı 1 sm-dən çox olmamalıdır və ən axırıncı sıra yağ olmalıdır. Qışda qızdırıcının üstündə yayda günəş görən pəncərədə 1 həftə saxlayın, sonra qarışdırın, gündə iki dəfə babasilin üstünə çəkin, bu üsulla babasil düyünləri əriyəcək.
5. Daban mahmızında bağayarpağı
Daban mahmızı varsa, axşamlar təzə dərilmiş bağayarpağı əzilir və daban altına qoyulur, 3-4 saat (və ya gecədən səhərə qədər ayaq altına bağlanılır) saxlanır. Səhərlər isə axşama qədər 1 ədəd enliyarpaq bağayarpağı daban üzərinə qoyulur, nazik tənziflə bağlanır və corab geyinilir. Bunu gündüzlər 3-4 saat saxlamaq faydalıdır.
6. Şəkər xəstəliyində bağayarpağı
Bağayarpağı yığılır, qurudulur, əzilir, toz formasına salınır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı bağayarpağı tozu bir stəkan qatıq və ya kefirə qarışdırılaraq yeyilir (və ya 1 çay qaşığı ağıza atılır, üzərindən 1 stəkan su içilir).
7. Bronxitdə bağayarpağı
Enliyarpaq bağayarpağı yığılır, kölgədə qurudulur. Müxtəlif mənşəli bronxitlərdə 1 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan suda və ya süddə dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan içilir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

